Azərbaycan Dəmir Yolları
Главная
/
/
/
Mühəndis konstruksiya bölməsinin müdiri

Mühəndis konstruksiya bölməsinin müdiri

Вчера

301

Описание

  • Layihənin mühəndislik aspektlərinin gündəlik həyata keçirilməsinə nəzarət etmək;
  • Layihə komponentlərinin layihələndirilməsi və quraşdırılması, habelə materialların təchizatı və s. ilə əlaqədar işlərin tənzimlənməsi üçün məsləhətçilər, podratçılar və təchizatçılar ilə işləri əlaqələndirmək;
  • Podratçıların təqdim etdiyi texniki sənədlərin, habelə texniki dəstək üzrə məsləhətçi şirkətlər və digər məsləhətçilər tərəfindən təqdim edilən hesabatlar və işlərin nəticələrini nəzərdən keçirmək;
  • Layihə sənədlərinin təsdiq olunması və təlimatların (Texniki İstismar Qaydaları və Texniki Qulluq Qaydaları) ADY-nin texniki terminlərinə uyğunlaşdırılması işlərinin həyata keçirmək;
  • Layihə sənədlərinin keyfiyyətini və Podratçıların gördüyü işlərin layihə sənədlərinə uyğun icrasını təmin etmək məqsədilə Tikinti işlərinə Nəzarət üzrə Məsləhətçiyə müntəzəm olaraq nəzarət etmək;
  • Əraziyə nəzarət üzrə işçi heyəti ilə gündəlik əlaqə saxlamaq;
  • Həvalə olunan işlərlə bağlı Tikintidə texniki nəzarət şöbəsinin müdirinə hesabatları hazırlayıb vermək;
  • Texniki şərtlərin və texniki təkliflərin qiymətləndirilməsində iştirak etmək;
  • Bölmənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, bölmənin əməkdaşları barəsində mükafatlandırma və intizam tənbehi tədbirləri görülməsi üçün departamentin rəhbərliyinə təqdimatlar vermək;
  • Layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin gedişatında monitorinq aparmaq;
  • Podrat və cəlb olunmuş subpodrat təşkilatlar tərəfindən ay ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarını yerində yoxlamaq, qəbul etmək, həcmləri təyin etmək və Forma 2 sənədlərini yerində yoxlamaq.

Требования

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Proqram bilikləri: MS Office, MS Visio, MS Project;
  • Dil bilikləri: İngilis dili, Rus dili;
  • İstehsalatın konstruktor hazırlığı üzrə qərar sərəncam və əmrləri, metodiki normativ və başqa rəhbər materiallar barədə məlumatlılıq;
  • Konstruksiyalara qoyulan texniki tələblər barədə məlumatlılıq;
  • Konstruksiyanın qurulmasında texniki hesabat metodları, konstruksiyada istifadə olunan materiallar və onların xüsusiyyətləri barədə məlumatlılıq.

О вакансии

Конечный срок

September 14, 2025

Опубликовано

сентябрь 4, 2025

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Руководитель

Образование

Бакалавр

Категори here

Строительство и Недвижимость