Agro Dairy LLC

Silo operatoru (Yevlax)

20-10-2026

456

Описание

·    Silo və avadanlıqlarda görünən nasazlıqlar, material sızması, tıxanma, qeyri-adi səs, vibrasiya və digər təhlükəli hallar barədə rəhbərliyə məlumat vermək.

·    Xammalın qəbulu və boşaldılması prosesinə nəzarət etmək.

·    Silolardakı xammalın səviyyəsini izləmək, dolma və boşalma proseslərini müəyyən edilmiş limitlər daxilində saxlamaq.

·    Xammalın düzgün siloya yönləndirilməsini və müxtəlif materialların qarışmasının qarşısının alınmasını təmin etmək.

·    Konveyer, şnek, klapan və dozalama sistemlərini təsdiq edilmiş iş ardıcıllığına uyğun idarə etmək.

·    İstehsalat xəttinə xammalın tələb olunan miqdarda və fasiləsiz verilməsini təmin etmək.

·    İdarəetmə panelindəki göstəriciləri, xəbərdarlıqları və avtomatlaşdırma sisteminin siqnallarını izləmək.

·    Xammalın çatışmazlığı, həddindən artıq dolma, ötürmə prosesinin dayanması və digər kənarlaşmalar barədə növbə rəisinə vaxtında məlumat vermək.

·    İş prosesi zamanı xammalın itkisinin, dağılmasının və çirklənməsinin qarşısını almaq.

·    İş yerinin təmizliyini və səliqəsini qorumaq, xammal qalıqlarının müəssisənin müəyyən etdiyi qaydada təmizlənməsini təmin etmək.

·    Növbənin sonunda işi təhvil vermək və növbəti operatora mövcud vəziyyət, xammal ehtiyatı və aşkar edilmiş problemlər barədə məlumat vermək.

·    Təhlükəsizlik qaydalarına uyğun olaraq, avadanlığın təmizlənməsi və texniki xidmətə hazırlanması proseslərində iştirak etmək.

·    Rəhbərlik tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.


Требования

·    Təhsil səviyyəsi: Ali və ya Orta ixtisas təhsil, texniki təhsil üstünlükdür.

·    İş təcrübəsi: 1-3 il

·    Dil bilikləri: Azərbaycan dili (əla)

·    Fiziki tələblər:Yoxdur

О вакансии

Конечный срок

November 19, 2026

Опубликовано

октябрь 20, 2026

Тип занятости

Полная занятость

Категори

Логистика и Транспорт