Agrotrade Supply MMC
Главная
/
/
/
İstehsalat üzrə operator (Cəlilabad)

İstehsalat üzrə operator (Cəlilabad)

03-04-2026

75

Описание

İstehsalat operatoru un zavodunda taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində avadanlıqları idarə edir, prosesin fasiləsiz və keyfiyyətli aparılmasına nəzarət edir, texniki göstəricilərə uyğunluğunu təmin edir və təhlükəsizlik qaydalarına əməl edir.

-         Taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində istifadə olunan avadanlıqları (məs: valslar, ələk sistemləri, nasoslar və s.) işə salmaq və idarə etmək.

-         İstehsalat prosesinin texnoloji qaydalara uyğun aparılmasına nəzarət etmək.

-         Hazır məhsulun keyfiyyətinə nəzarət etmək, kənarlaşmaları aşkarladıqda dərhal müdaxilə etmək.

-         İstehsalat zamanı istifadə olunan xammal və yarımfabrikatların miqdar və keyfiyyət göstəricilərini izləmək.

-         Avadanlıqların texniki vəziyyətini yoxlamaq, nasazlıq olduqda rəhbərliyə məlumat vermək.

-         Gündəlik iş hesabatlarını aparmaq və məsul şəxslərə təqdim etmək.

-         Əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təmizlik və sanitariya normalarını qorumaq.


Требования

Təhsil: Orta və ya peşə təhsili (Texniki təhsili olanlara üstünlük verilir).

Təcrübə: İstehsalat sahəsində ən azı 1 il iş təcrübəsi (Təcrübəsiz namizədlər üçün öyrədilmə imkanı mövcuddur).

Fiziki göstəricilər: Ayaqüstü iş rejiminə və fiziki gərginliyə dözümlülük.

Zəruri Bacarıqlar:

  • Müxtəlif texniki cihaz və qurğularla işləmək qabiliyyəti.
  • Yüksək diqqətlilik və operativ qərar vermə bacarığı.
  • Kollektivlə işləmə və komanda ruhu.

О вакансии

Конечный срок

May 3, 2026

Опубликовано

апрель 3, 2026

Тип занятости

Полная занятость

Уровень карьеры

Другой

Категори

Промышленность и Сельское хозяйство