Agro-West DC
Главная
/
/
/
SƏTƏM üzrə mütəxəssis

SƏTƏM üzrə mütəxəssis

  • Agro-West DC
  • Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi.
  • Полная занятость

Вчера

80

Описание

  • Müəssisə ərazisində əməyin mühafizəsi, texniki təhlükəsizlik, sağlamlıq və ətraf mühit üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Təhlükəsizlik yoxlamalarının keçirilməsi, yoxlama planlarının və prosedurlarının hazırlanması və tətbiqi;
  • Şirkətin fəaliyyət sahələri üzrə sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik prosedurlarının hazırlanması və yenilənməsi;
  • Fövqəladə hallar, iş yerinin təhlükəsizliyi və digər SƏTƏM mövzuları üzrə təlimlərin təşkili və keçirilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Yoxlama nəticələrinin sənədləşdirilməsi, müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • SƏTƏM üzrə aylıq və dövri hesabatların hazırlanması;
  • Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək və preventiv tədbirlərin hazırlanmasına dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.


Требования

  • Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
  • SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
  • SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.


О вакансии

Конечный срок

July 2, 2026

Опубликовано

июнь 2, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Супервайзер

Образование

Бакалавр

Зарплата

1000 - 1200 AZN

Категори

Финансы, Бизнес и Администрация