atb bank
Главная
/
/
/
Təşkilati risklərin idarə edilməsi və risk hesabatlığı bölməsinin rəhbəri

Təşkilati risklərin idarə edilməsi və risk hesabatlığı bölməsinin rəhbəri

  • atb bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azerbaijan
  • Полная занятость

13-07-2026

482

Описание

·      Bank üzrə Enterprise Risk Management (ERM) çərçivəsinin hazırlanmasını, tətbiqini və davamlı təkmilləşdirilməsini təmin edir;

·      Risklərin identifikasiyası, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığı üzrə metodologiyaların hazırlanmasını və tətbiqini təşkil edir;

·      Risk İştahası Bəyannaməsinin (Risk Appetite Statement) hazırlanmasını, monitorinqini və dövri yenilənməsini koordinasiya edir;

·      Əsas Risk Göstəricilərinin (KRI) müəyyən edilməsini, monitorinqini və təhlilini təmin edir;

·      Bank üzrə Risk Reyestrinin, Risk Xəritəsinin və digər ERM alətlərinin yaradılmasını və təkmilləşdirilməsini təmin edir;

·      Risk və nəzarət mühitinin qiymətləndirilməsi məqsədilə RCSA prosesinin həyata keçirilməsini koordinasiya edir və nəticələrinin monitorinqini aparır;

·      Yeni yaranan risklərin müəyyən edilməsini təşkil edir və onların Bankın fəaliyyətinə təsirini qiymətləndirir;

·      Bankın risk mədəniyyətinin inkişafı məqsədilə maarifləndirmə tədbirlərini və təlimləri təşkil edir.

·      Riskləri İdarəetməsi Komitəsi, İdarə Heyəti və Müşahidə Şurası üçün risk hesabatlarının hazırlanmasını və təkmilləşdirilməsini təmin edir;

·      Risk göstəricilərinin təhlilini aparır, əsas risk meyillərini müəyyən edir və rəhbərliyə qərarvermə üçün analitik məlumat təqdim edir;

·      Risk məlumatlarının keyfiyyətinə nəzarət edir, məlumat bazalarının inkişaf etdirilməsini və avtomatlaşdırılmasını təşviq edir;

·      Risk hesabatlarının beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun təkmilləşdirilməsini təmin edir;

·      Dashboard və BI əsaslı risk hesabatlarının hazırlanması üzrə təşəbbüslərdə iştirak edir.

Требования

·      İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər müvafiq sahə üzrə ali təhsil;

·    Bank sektorunda, xüsusilə risklərin idarə olunması, ERM, risk hesabatlılığı və ya əməliyyat risklərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi;

·     Azərbaycan və ingilis dillərində sərbəst işləmə bacarığı;

·    Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları, qaydaları və tələbləri üzrə biliklər;

·    FRM, CFA, CRISC və ya digər beynəlxalq risk idarəetmə sertifikatlarının olması və ya əldə edilməsinə marağın olması üstünlük hesab olunur.


О вакансии

Конечный срок

August 12, 2026

Опубликовано

июль 13, 2026

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Средний уровень

Категори

Финансы, Бизнес и Администрация