Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Главная
/
/
/
Əmək münasibətləri üzrə aparıcı mütəxəssis

Əmək münasibətləri üzrə aparıcı mütəxəssis

Вчера

660

Описание

  • Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasının, onlara dəyişikliklərin edilməsi və əmək müqavilələrinə xitam verilməsinin rəsmiləşdirilməsini təmin etmək;
  • Ezamiyyətlərin rəsmiləşdirilməsi, intizam tənbehlərinin tətbiqi və digər inzibati xarakterli əmrlərin hazırlanmasını, habelə bu əmrlərlə bağlı sənədləşmə işlərinin qanunvericiliyə uyğun şəkildə aparılmasını həyata keçirmək;
  • Şöbəyə vətəndaşlardan, dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmasını və əsaslandırılmış cavabların hazırlanmasını təmin etmək;
  • İşçilərin əmək fəaliyyəti, tutduğu vəzifə və əmək stajı ilə bağlı arayışların hazırlanmasını və təqdim olunmasını həyata keçirmək;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsini, icrasına nəzarəti, habelə məzuniyyətlərin uçotunun əmək qanunvericiliyinə uyğun şəkildə aparılmasını təmin etmək;
  • İş vaxtının uçotu tabelinin hazırlanmasını, düzgünlüyünə nəzarəti və aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək;
  • Dövlət orqanlarına və rəhbərliyə təqdim edilməsi üçün dövri və operativ hesabatların hazırlanmasını, ümumiləşdirilməsini və təqdim olunmasını təmin etmək.

Требования

  • Ali təhsil;
  • Əmək münasibətləri sahəsində azı 3 il iş təcrübəsi (dövlət orqanlarında və ya publik hüquqi şəxslərdə iş təcrübəsinin olması üstünlük hesab olunur);
  • Əmək qanunvericiliyi və normativ-hüquqi aktlar üzrə dərin biliklərə, habelə onların praktik tətbiqi bacarığına malik olmaq;
  • Vaxtın səmərəli idarə edilməsi, iş proseslərinin planlaşdırılması və icrasına nəzarət etmək bacarığı;
  • Adaptivlik və öyrənməyə açıq olmaq, analitik düşünmə qabiliyyəti, detallara diqqətlilik və yüksək məsuliyyət hissi;
  • Effektiv ünsiyyət bacarığı, yazılı və şifahi formada fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək qabiliyyəti;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus və ingilis dillərini bilməsi üstünlükdür);
  • Elektron informasiya sistemləri ilə işləmək bacarığı, o cümlədən ƏMAS (Əmək Müqaviləsi Bildirişi Alt Sistemi) üzrə praktiki istifadə bacarığı;
  • 1C 8.3 proqramını bilməsi arzuolunandır;
  • Microsoft Office (Word, Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı.

О вакансии

Конечный срок

February 27, 2026

Опубликовано

yanvar 9, 2026

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация