Transformator, UPS, generator, ATS, düzləndirici qurğular və elektrik paylayıcı panellərin etibarlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Elektrik avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeydə almaq və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Elektrik avadanlıqları üzrə profilaktik və planlı texniki xidmət işlərini təşkil etmək və həyata keçirmək;
Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini mütəmadi izləmək;
BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətini və yaranan həyəcan siqnallarını (alarm) izləmək;
Qəza və nasazlıqların araşdırılmasında iştirak etmək, onların yaranma səbəblərini müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək;
Texniki xidmət, sınaq və təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də təsdiq edilmiş prosedurlara riayət etmək;
Texniki baxış, sınaq və təmir işləri üzrə müvafiq qeydləri və hesabatları aparmaq;
Podratçı şirkətlər tərəfindən həyata keçirilən elektrik işlərinə nəzarət etmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq;
Elektrik avadanlıqlarına dair texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini aktual vəziyyətdə saxlamaq;
Enerji istehlakı göstəricilərinin toplanması və təhlili prosesində iştirak etmək;
Data mərkəzin 24/7 əməliyyat fəaliyyətini növbəli iş rejimində həyata keçirmək;
Требования
Ali təhsil (Elektrik mühəndisliyi, Energetika mühəndisliyi və ya əlaqəli texniki ixtisaslar üzrə);
Elektrik avadanlıqlarının istismarı və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
Transformator, UPS, generator və elektrik paylayıcı sistemlər haqqında nəzəri və praktiki biliklər;
Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
Dil bilikləri: İngilis dili – texniki səviyyədə (arzuolunandır);
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Komandada işləmək, effektiv kommunikasiya və məsuliyyətlilik bacarığı.
Qəza və fövqəladə hallarda operativ reaksiya vermək və stres altında işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı.