
Вчера
162
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Herboloq (bioloq)” vəzifəsinə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
• Bitki və bitkiçilik məhsullarında ekspertizanın aparılması, aşkar edilmiş zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
• Reaktivlərin və məhlulların hazırlanması, lazımi şəraitdə saxlanılmasına nəzarət;
• Yeni müayinə metodlarının tətbiqi və verifikasiyasının həyata keçirilməsi;
• Öz işi barədə aktların, aylıq və illik hesabatların hazırlanması;
• Cihazların performans yoxlanışlarının aparılması;
• Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
• Cihazların və avadanlıqların baxımı;
• Analiz nəticələrinin işlənilməsi;
• Təlimat, plan və formaların hazırlanması.
İş qrafiki: Bazar ertəsi – Cümə günləri, 09:00–18:00
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini və Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra işlə təmin ediləcək. Əmək haqqı NET 900 AZN nəzərdə tutulmuşdur (6 aylıq təlim və sınaq müddətində əmək haqqının 50%-i ödənilir).
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Herboloq (Bioloq)” qeydini edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər:
• Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;
• Sahə üzrə iş təcrübəsi tələb olunmur;
• Xudat şəhəri və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.
Конечный срок
January 15, 2026
Опубликовано
dekabr 16, 2025
Тип занятости
Полная занятость

OBA Market MMC ● Bakı, Azərbaycan
Сегодня
1

OBA Market MMC ● Xankəndi, Azərbaycan
Сегодня
16

Food City Kompleks laboratoriyası ● Xudat, Azərbaycan
Вчера
169

Azərbaycan Dəmir Yolları ● Bakı, Azərbaycan
15-12-2025
443