Aztelekom MMC
Главная
/
/
/
Kibertəhlükəsizlik üzrə Baş mütəxəssis

Kibertəhlükəsizlik üzrə Baş mütəxəssis

  • Aztelekom MMC
  • 107 Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Полная занятость

15-01-2026

2K

Описание

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!


Vəzifənin əsas məqsədi:

Təşkilatın informasiya sistemləri və rəqəmsal aktivlərinin kibertəhdidlərdən qorunmasını təmin etmək, təhlükəsizlik risklərini proaktiv şəkildə idarə etmək və insidentlərə operativ cavab mexanizmlərini formalaşdırmaq. Təhlükəsizlik arxitekturasının inkişafında texniki liderlik etmək.


Səni hansi missiya gözləyir:

  • Şirkətin informasiya təhlükəsizliyi infrastrukturunun və perimetr təhlükəsizlik sistemlərinin (Firewall, IPS/IDS, WAF, Load Balancer, VPN, Proxy) arxitekturasının layihələndirilməsi, qurulması və idarə edilməsi
  • Təhlükəsizlik sistemlərinin inteqrasiyası və idarə edilməsi (Mail Security, EDR/XDR, NGFW, DDoS hücümlarından qorunma sistemləri, SIEM, PAM, DLP)
  • Yeni təhlükəsizlik həllərinin seçilməsi, POC-lərın təşkili və istehsal mühitinə tətbiqi
  • Təhlükəsizlik insidentlərinin aşkarlanması, araşdırılması və Incident Response proseslərinin aparılması
  • Zəifliklərin idarə olunması, sistemlərin sərtləşdirilməsi (hardening) və patch management proseslərinə nəzarət
  • Şəbəkə və server infrastrukturunda təhlükəsizlik konfiqurasiyalarının hazırlanması və tətbiqi
  • IT, Network, System və DevOps komandaları ilə təhlükəsizlik üzrə koordinasiya
  • Texniki sənədləşmə, auditlər və təhlükəsizlik hesabatlarının hazırlanması

Требования

Səndən gözlədiklərimiz:


  • İnformasiya təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
  • Kibertəhlükəsizlik sahəsində minimum 3 il real iş təcrübəsi
  • Network Security & Perimeter Security, DDoS Protection və Traffic Filtering, NGFW, EDR / XDR həlləri, Mail Security, SIEM sistemləri, DLP, PAM istiqamətlər üzrə dərin praktiki bilik və təcrübə
  • Şəbəkə texnologiyaları (TCP/IP, VLAN, VPN, Routing, Firewall) üzrə dərin biliklər
  • Windows və Linux server mühitləri üzrə təhlükəsizlik konfiqurasiyalarının qurulması və idarə edilməsi
  • Hücumların aşkarlanması və qarşısının alınması üzrə (MITRE ATT&CK, SOC və Incident Response) prosesləri üzrə biliklər
  • Güclü analitik düşüncə və problemlərin kök səbəbinin təhlili bacarığı
  • Komandada effektiv işləmək, liderlik və operativ qərarvermə qabiliyyəti
  • Müstəqil işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və məsuliyyət daşımaq bacarığı
  • Texniki sənədlərlə işləmə və təqdimat bacarıqları



О вакансии

Конечный срок

February 24, 2026

Опубликовано

yanvar 15, 2026

Тип занятости

Полная занятость

Категори

Наука, Технологии, Инженерия