Bank Respublika ASC
Главная
/
/
/
Data texnologiyası şöbəsinin baş mütəxəssisi

Data texnologiyası şöbəsinin baş mütəxəssisi

06-01-2026

1.1K

Описание

  • Bankın Məlumat Ambarına (DWH) qoşularaq maliyyə, risk, kredit, satış, kart və digər istiqamətlər üzrə analitik hesabatların hazırlanması və mütəmadi təkmilləşdirilməsi;
  • Hazırlanan hesabatların dəqiqliyinə, aktuallığına və performansına nəzarət edilməsi;
  • Hesabatların fasiləsiz və stabil işləməsinin təmin olunması;
  • Analitik hesabatların hazırlanması üçün kompleks SQL sorğularının yazılması;
  • View-ların, stored procedure-ların və window funksiyalarının yaradılması və idarə olunması;
  • SQL sorğularının icra sürətinin artırılması məqsədilə optimallaşdırma tədbirlərinin həyata keçirilməsi;
  • Mövcud analitik hesabatların texniki təhlili və performansının artırılması (materialized view-lar, indeksləmə, partitioning, query refactor və s.);
  • Məlumatların doğruluğuna, tamlığına və ardıcıllığına nəzarət edilməsi;
  • Məlumat keyfiyyəti ilə bağlı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • Məlumatların miqrasiyası və performansının optimallaşdırılması proseslərinə dəstək göstərilməsi;
  • Məlumatların arxivləşdirilməsi və saxlanma siyasətinə riayət olunmasının təmin edilməsi.

Требования

  • Ali təhsil (İT, Riyaziyyat, İqtisadiyyat və ya digər texniki sahələr üzrə)
  • Bank sektorunda minimum 3–5 il analitik hesabatların hazırlanması və məlumat anbarları (DWH) ilə iş təcrübəsi;
  • Data Warehouse (DWH) anlayışları, məlumat modelləri və strukturu üzrə dərin biliklər;
  • Güclü SQL sorğu yazma bacarığı (MS SQL, Oracle və ya digər RDBMS);
  • BI alətləri ilə işləmə bacarığı (Tibco Spotfire, Power BI, QlikView və ya analoji platformalar);
  • Məlumat keyfiyyəti, performans və optimallaşdırma prinsipləri üzrə biliklər;
  • Excel və digər analitik alətlər vasitəsilə hesabatların vizuallaşdırılması bacarığı;
  • Maliyyə, risk, kredit, satış, kart və digər biznes istiqamətləri üzrə analitik hesabatların hazırlanması təcrübəsi;
  • Məlumat inteqrasiyası və ETL prosesləri üzrə baza səviyyəsində biliklər;
  • Bank biznes prosesləri (maliyyə, kreditləşmə, müştəri portfeli və s.) üzrə anlayış;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Yüksək məsuliyyət hissi və detallara diqqətlilik;
  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
  • Tapşırıqları vaxtında və yüksək dəqiqliklə yerinə yetirmə qabiliyyəti.


О вакансии

Конечный срок

January 20, 2026

Опубликовано

yanvar 6, 2026

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Специалист

Образование

Бакалавр

Категори

Финансы, Бизнес и Администрация