Facility Management Group
Главная
/
/
/
Keyfiyyətə Nəzarət üzrə mühəndis (Təmir-tikinti layihələri üzrə)

Keyfiyyətə Nəzarət üzrə mühəndis (Təmir-tikinti layihələri üzrə)

05-02-2026

312

Описание

Şirkətimizə tikinti sahəsində keyfiyyətə nəzarət proseslərinin düzgün və vaxtında icrasını təmin edəcək Keyfiyyətə nəzarət mühəndisi axtarırıq. Bu vəzifənin əsas məqsədi materialların, avadanlıqların və icra olunan tikinti-quraşdırma işlərinin layihə tələblərinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsidir


  • Müəssisəyə daxil olan material, avadanlıq və məhsulların dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
  • Tikinti və təmir-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi cizgilərinə və normativ tələblərə uyğun icrasını təmin etmək;
  • Subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
  • Daxil olan materialların mənşə və keyfiyyət sertifikatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə müvafiq hesabatlar hazırlamaq;
  • Keyfiyyətin idarə edilməsi planı, prosedurlar, inspeksiya və test planlarının hazırlanmasında və icrasında iştirak etmək;
  • Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
  • Daxili və xarici auditlərdə iştirak etmək, ISO və digər müvafiq standartların tələblərinə riayət olunmasını təmin etmək;
  • Ölçü alətləri və tikintidə istifadə olunan avadanlıqların kalibrasiyası və sertifikatlaşdırılmasına nəzarət etmək;
  • Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə proseslər üzrə təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək.

Требования

  • Mühəndislik, Mexanika və ya bənzər sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • ISO standartları üzrə biliklər (Standartların QC proseslərində tətbiq olunması, prosedur və sənədlərin hazırlanması, keyfiyyət yoxlamalarının aparılması və uyğunluğun təmin edilməsində təcrübə);
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
  • İş proseslərini geniş perspektivdə qiymətləndirmək, problemləri öncədən görmək və qərarların uzunmüddətli nəticələrini nəzərə alaraq planlar hazırlamaq bacarığı;
  • Daxili komanda və xarici tərəfdaşlarla effektiv yazılı və şifahi ünsiyyət qurmaq, məlumatları aydın şəkildə təqdim etmək və qarşılıqlı anlaşmanı təmin etmək bacarığı.


О вакансии

Конечный срок

March 7, 2026

Опубликовано

февраль 5, 2026

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация

Льготы и преимущества

  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Könüllü tibbi sığorta
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Korporativ tədbirlər