İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Главная
/
/
/
Naxçıvan İnnovasiya Mərkəzi üzrə Laboratoriya koordinatoru

Naxçıvan İnnovasiya Mərkəzi üzrə Laboratoriya koordinatoru

30-10-2026

760

Описание

  • Gündəlik laboratoriya əməliyyatlarının idarə edilməsi (avadanlıqların rezervasiyası, iş sahələrinin paylanması, istifadəçi girişi);
  • Alətlərin, materialların və ehtiyat hissələrin inventarının qorunması; təchizat və tədarükçülərlə əlaqələr(gərəkdiyi halda);
  • Təhlükəsizlik qaydalarına (OSHA, elektrik təhlükəsizliyi) və təmizlik standartlarına riayət və riayətə nəzarət; 
  • Laboratoriya istifadəsi üçün qaydalar, təlim proqramları və ən yaxşı təcrübələrin hazırlanması; 
  • Kompüter avadanlıqlarının istifadə təlimatlarına nəzarət və eletron təhlükəsizliyə nəzarət;
  • Avadanlıqların (3D printerlər, alət-dəzgah maşınları, lehim stansiyaları, osiloskoplar) müntəzəm texniki qulluğu, kalibrləməsi və problemlərin aradan qaldırılması;  
  • Elektrik, mexaniki və ya proqram təminatı ilə bağlı problemlərin müəyyən edilməsi və həlli (lazım gələrsə, digər texniklərlə əməkdaşlıqla);  
  • Laboratoriya infrastrukturu (elektrik təchizatı, havalandırma, IT sistemlər) üzərində nəzarət; 
  • Aparat təminatına yönəlmiş hackathonlar, təlimlər, seminar və innovasiya müsabiqələrinin təşkili;  
  • Startaplar, universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıqla effektiv proqramların hazırlanması;  
  • Laboratoriya istifadəçilərinə (startaplar, tələbələr, sahibkarlar) prototipləşdirmə texnikaları, dizayn düşüncəsi və layihə idarəetməsi üzrə mümkün qədər mentorluq dəstəyinin göstərilməsi;  
  • Laboratoriyanın imkanlarının təbliği (yeni istifadəçi və tərəfdaşların cəlb edilməsi). 


Требования

  • Ali təhsil, xüsusilə Mexanika/Elektrik Mühəndisliyi, Sənaye Dizaynı və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi, Biznes idarəçiliyi, Mexatronika və Robototexnika mühəndisliyi;
  • Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(orta və ya yaxşı);
  • Beynəlxalq əməkdaşlıqların qurulması, dünyanın və regionun önəmli laboratoriya mərkəzlərinə səfər və təcrübə mübadiləsində iştirak;
  • Laboratoriya/emalatxana idarəetməsi, texniki qulluq və ya hardver prototipləşdirmə sahəsində ən azı 1,5-3 il təcrübə;   
  • Prototipləşdirmə alətləri (3D printerlər, lazer kəsici maşınlar, PCB freze maşınları) ilə iş təcrübəsi; 
  • Elektrik sistemləri, IoT cihazları və CAD/CAM proqramları (SolidWorks, Fusion 360) bilikləri; 
  • Əsas proqramlaşdırma/script bilikləri (Python, Arduino) üstünlükdür; 
  • MS Office və Mac əməliyyat sistemləri ilə işləyə bilmə qabiliyyəti;  
  • Təşkilatçılıq, çoxtapşırıqlı idarəetmə və problem həll bacarığı;  
  • Kommunikasiya və mentorluq bacarığı; 
  • Tədbir təşkili və icma layihələri təcrübəsi; 
  • Avadanlıq texniki qulluğu, elektrik təhlükəsizliyi və ya layihə idarəetmə (PPM kimi) sertifikatları üstünlükdür;  
  • Startap ekosistemləri, inkubatorlar və ya "maker" məkanları ilə iş təcrübəsi üstünlükdür;  
  • Sürətli prototipləşdirmə, kiçik partiyalı istehsal və fiziki məhsul əsaslı çevik metodologiyalar haqqında biliklərə sahib olmaq üstünlükdür. 

О вакансии

Конечный срок

November 29, 2026

Опубликовано

oktyabr 30, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Специалист

Образование

Бакалавр

Категори

Финансы, Бизнес и Администрация