Qarabağ Universitetinin Klinikası

Laborant mikrobioloq

28-10-2026

277

Описание

Vəzifə öhdəlikləri:


  • Mikrobiologiya laboratoriyasına daxil olan klinik nümunələrin (qan, sidik, nəcis, bəlğəm, yara materialı, yaxma və digər bioloji materiallar) qəbulunu, identifikasiyasını, qeydiyyatını və ilkin işlənməsini standart əməliyyat prosedurlarına (SOP) uyğun həyata keçirmək.
  • Klinik nümunələrin saxlanması, daşınması və müayinəyə hazırlanması zamanı müvafiq tələblərə riayət etmək, aşkar edilən uyğunsuzluqlar barədə məsul mütəxəssisə məlumat vermək.
  • Həkim-mikrobioloqun rəhbərliyi altında bakterioloji və mikoloji müayinələrin texniki mərhələlərində iştirak etmək, qidalı mühitlərə inokulyasiya, inkubasiya və digər laborator prosedurları yerinə yetirmək.
  • Mikroskopik müayinələr üçün preparatlar hazırlamaq, Qram və digər müvafiq boyama üsullarını tətbiq etmək, texniki müşahidələri sənədləşdirmək.
  • Mikroorqanizmlərin identifikasiyası və antimikrob preparatlara həssaslığının müəyyən edilməsi proseslərində həkim-mikrobioloqun göstərişlərinə uyğun texniki əməliyyatları həyata keçirmək.
  • Laborator müayinələrin nəticələrini, aparılmış prosedurları və texniki müşahidələri müvafiq qeydiyyat formalarında və laboratoriya informasiya sistemində düzgün sənədləşdirmək.
  • Laborator avadanlıqların (mikroskop, sentrifuqa, termostat, avtoklav, bioloji təhlükəsizlik kabineti və s.) istifadə qaydalarına uyğun istismarını, gündəlik texniki yoxlanılmasını və işə hazırlanmasını təmin etmək.
  • Qidalı mühitlərin, reaktivlərin və digər laborator materialların hazırlanması, saxlanması, yararlılıq müddətlərinin izlənilməsi və keyfiyyətinə nəzarət proseslərində iştirak etmək.
  • Laboratoriyanın daxili keyfiyyətə nəzarət prosedurlarına riayət etmək, aşkar edilən texniki uyğunsuzluqlar və avadanlıq nasazlıqları barədə məsul mütəxəssisə vaxtında məlumat vermək.
  • Aseptika, antiseptika, biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti, fərdi mühafizə vasitələrindən istifadə və əmək təhlükəsizliyi qaydalarına riayət etmək.
  • İstifadə olunmuş laborator materialların, kontaminasiya olunmuş alətlərin və bioloji tullantıların təhlükəsiz toplanmasını, zərərsizləşdirilməsini və utilizasiyaya hazırlanmasını müvafiq prosedurlara uyğun həyata keçirmək.
  • İş sahəsinin təmizliyini, dezinfeksiyasını və laborator avadanlıqların istifadəyə hazır vəziyyətdə saxlanmasını təmin etmək.
  • Laboratoriyanın gündəlik fəaliyyətində həkim-mikrobioloq və digər əməkdaşlarla əməkdaşlıq etmək, keyfiyyətin yaxşılaşdırılması və peşəkar inkişaf tədbirlərində iştirak etmək.


Требования

Namizədə tələblər:


  • Tibb kolleci üzrə orta ixtisas tibb təhsili (müvafiq laboratoriya profilli ixtisasa üstünlük verilir).
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq vəzifədə işləmək hüququ.
  • Tibbi mikrobiologiya, bakteriologiya, mikologiya, parazitologiya və laborator diaqnostikanın əsasları üzrə ilkin nəzəri biliklər.
  • Klinik nümunələrlə işləmə, mikroskopiya, laborator boyama üsulları və aseptik iş prinsipləri haqqında biliklər.
  • Laborator avadanlıqlar və fərdi mühafizə vasitələrindən təhlükəsiz istifadə qaydaları üzrə biliklər.
  • Biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti, tibbi tullantıların idarə olunması prinsipləri haqqında biliklər.
  • Mikrobiologiya və ya klinik laboratoriyada iş təcrübəsi üstünlük hesab olunur.
  • Kompüterdən istifadə və laborator qeydiyyat sənədləri ilə işləmək bacarığı.
  • Dəqiqlik, məsuliyyətlilik, diqqətlilik, komandada işləmək və peşəkar etik davranış bacarıqları.
  • Yeni laborator metodları və texnologiyaları öyrənməyə, peşəkar bilik və bacarıqlarını inkişaf etdirməyə hazır olmaq.


О вакансии

Конечный срок

November 27, 2026

Опубликовано

oktyabr 28, 2026

Тип занятости

Полная занятость

Категори

Медицинские услуги