Mətanət A Şirkətlər Qrupu

Layihə rəhbəri

Вчера

234

Описание

  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
  • Tikinti layihələrinin oxunması və təhlili;
  • Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması.


İş şəraiti:


  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Luxen Plaza.


Biz nə təklif edirik:         


  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
  • Şəhərin mərkəzində ofis;
  • Dinamik və gənc komanda ilə iş imkanı.  


Требования

  • Ali təhsil (Mühəndislik ixtisası üzrə); 
  • 3+ illik iş təcrübəsi;
  • MS Office, AutoCAD proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan və rus dili.
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
  • Topoqrafik və geoloji hesabatların başa düşülməsi;
  • Tikinti prosesləri, mərhələləri, materialları, maşın və avadanlıqlarına daid biliklər.

О вакансии

Конечный срок

August 24, 2025

Опубликовано

июль 16, 2025

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Специалист

Образование

Бакалавр

Категори

Строительство и Недвижимость