Pasha Malls

Memar

  • Pasha Malls
  • Aypara Palace and Town" 66 Nasimi district, 68 Neftçilər Prospekti, Bakı, Azerbaijan
  • Полная занятость

Вчера

158

Описание

  • Pərakəndə, ofis və ticarət mərkəzlərinin yenidənqurma/təmir layihələri üzrə tapşırıqları yerinə yetirmək;
  • Bütün layihələrin DWG faylları üzrə texniki baxışını həyata keçirmək;
  • İstismarda olan ticarət mərkəzlərində aparılacaq təmir işləri üçün dizayn, texniki şərtlər və smetanı (BOQ) hazırlamaq;
  • Tikintisi davam edən mağazaların yerləşdiyi ticarət mərkəzlərində fit-out fəaliyyətlərini audit etmək;
  • İcarədarların fəaliyyətini gündəlik olaraq yoxlamaq, nəzarət etmək və hesabatını təqdim etmək;
  • İcarə/kommersiya departamentinin tələblərini tərcümə edərək tikinti komandasına çatdırmaq;
  • Dizayn, tikinti prosedurları, zonalaşdırma və tikinti normaları, eləcə də tikinti materialları üzrə biliklərdən istifadə edərək fit-out və ya yenidənqurma layihələrini araşdırmaq, planlaşdırmaq, dizayn etmək və idarə etmək;
  • Yeni layihə və ya yenidənqurma üçün funksional və məkan tələblərini müəyyənləşdirmək və dizayn, texniki şərtlər, materiallar, rənglər, avadanlıqlar, təxmini xərclər və fit-out/yenidənqurma müddəti ilə bağlı məlumatları hazırlamaq;
  • Layihənin planını tərtib etmək və mühəndislik elementlərini inteqrasiya edərək yekun dizaynı təsdiq üçün təqdim etmək;
  • Tikinti podratçıları üçün ölçülü rəsmlər və müqavilə sənədləri hazırlamaq;
  • Fit-out/yenidənqurma zamanı layihəyə uyğunluğun yoxlanılması məqsədilə obyektlərə mütəmadi baxış keçirmək və snag list-lər hazırlamaq;
  • Tikinti sahələrini ziyarət etmək və işlərin layihəyə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Müştərilərlə görüşərək layihə tələblərini müəyyənləşdirmək;
  • Qarşıdan gələn ticarət mərkəzi layihələri ilə bağlı təqdimatlar hazırlamaq və təqdim etmək;
  • Layihələrə yüksək keyfiyyət və düzgün icra baxımından nəzarət etmək;
  • Layihənin gedişatı ilə bağlı hesabatları hazırlamaq və daimi olaraq yeniləmək.

Требования

  • Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Memarlıq sahəsində və ya oxşar sahədə minimum 4 il iş təcrübəsi;
  • Yüksək səviyyədə çertyoj çəkmə bacarığı;
  • Tikinti normaları və qaydaları üzrə biliklər;
  • Yüksək səviyyədə yaradıcılıq və vizuallaşdırma bacarıqları;
  • Detallara diqqət;
  • İngilis dilində yaxşı danışıq və yazı bacarığı;
  • Yüksək səviyyədə planlaşdırma və vaxtın idarə olunması bacarıqları;
  • MS Office və AutoCAD, 3D modelləşdirmə proqramları (Revit, ArchiCAD və s.) üzrə biliklər;
  • MEP (mexaniki, elektrik və santexnika) işləri ilə tanışlıq;
  • Binalarda uyğunsuzluqları yoxlama bacarığı;
  • Yaxşı təşkilatçılıq, ünsiyyət və insanlarla işləmək bacarığı, çevik, iş intizamlı, detallara diqqətli və etibarlı olmaq;
  • Biznes/maliyyə idarəçiliyi sahəsində bilik və bacarıq.

О вакансии

Конечный срок

August 24, 2025

Опубликовано

август 15, 2025

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Руководитель

Образование

Среднее образование

Категори

Строительство и Недвижимость