Pasha Malls
Главная
/
/
/
Təchizat üzrə mütəxəssis

Təchizat üzrə mütəxəssis

  • Pasha Malls
  • 153 Neftçilər Prospekti, Bakı 1010, Azərbaycan
  • Полная занятость

05-05-2026

314

Закрылась

Описание

  • Bütün satınalma fəaliyyətlərinin daxili siyasət və prosedurlara, eləcə də qüvvədə olan normativ tələblərə tam uyğun şəkildə həyata keçirilməsini təmin etmək;
  • Satınalma proseslərini və seçim qərarlarını təşkilatın müəyyən etdiyi standartlar və idarəetmə siyasətləri çərçivəsi ilə uyğunlaşdırmaq;
  • Satınalma həllərinin son istifadəçi tələblərinə (keyfiyyət, xərc və vaxt çərçivəsi baxımından) uyğunluğunu təmin etmək;
  • Son istifadəçilərlə sıx əməkdaşlıq edərək tələbləri dəqiqləşdirmək və məqsədəuyğun satınalma həllərinin təqdim olunmasını təmin etmək;
  • Pasha Malls üzrə mərkəzləşdirilmiş təchizatçı idarəetmə proseslərini, o cümlədən pre-kvalifikasiya mərhələsini idarə etmək;
  • Müqavilələrin mərkəzləşdirilmiş qaydada idarə olunmasına nəzarət etmək və onların düzgün icrasını təmin etmək;
  • Satınalma sistemlərinin və hesabatlılıq proseslərinin idarə olunmasını həyata keçirmək, istifadəçilərə (sifarişçilərə) dəstək göstərmək;
  • Tələbat planlaması və konsolidasiya imkanlarının müəyyən edilməsi daxil olmaqla satınalma konsolidasiyası təşəbbüslərində iştirak etmək və bu prosesləri koordinasiya etmək;
  • Maraqlı tərəflərlə əməkdaşlıq edərək satınalma siyasətləri, prosedurları və strategiyaları üzrə uyğunluğu təmin etmək;
  • Gündəlik, aylıq və rüblük satınalma hesabatlarını hazırlamaq və idarə etmək;
  • Xərclərin optimallaşdırılması və əlavə dəyərin yaradılması istiqamətində təşəbbüslər irəli sürmək və həyata keçirmək (xərcin azaldılması, tələbatın optimallaşdırılması və s.);
  • Satınalma fəaliyyətlərinin effektivliyinin artırılması məqsədilə davamlı təkmilləşdirmə təşəbbüslərində iştirak etmək;
  • Daxili nəzarət və xarici audit tələblərinə uyğun olaraq dəqiq, tam və yoxlanıla bilən satınalma sənədləşməsini təmin etmək;
  • Satınalma fəaliyyəti ilə bağlı məsələləri təhlil etmək və müvafiq tədbirlərin görülməsi üçün rəhbərliklə koordinasiya aparmaq.


Требования

  • Təchizat zəncirinin idarə edilməsi, mühəndislik, maliyyə, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Satınalma üzrə təcrübə daxil olmaqla minimum 3 ildən artıq müvafiq iş təcrübəsi;
  • Satınalma proseslərinin tam dövrü üzrə uğurlu praktiki təcrübə (tələbat planlaması, satınalma strategiyasının hazırlanması, tenderlərin təşkili, danışıqların aparılması, müqavilələrin bağlanması və təchizatçı performansının idarə olunması);
  • Tenderlər üzrə peşəkar təcrübə (imkanların müəyyən edilməsi, həcmin optimallaşdırılması və xərclərin azaldılması təşəbbüslərinin həyata keçirilməsi);
  • Təchizatçıların seçimi, pre-kvalifikasiyası və inkişafı sahəsində sübut olunmuş təcrübə, eləcə də effektiv və dayanıqlı təchizatçı bazasının formalaşdırılması bacarığı;
  • Təchizatçı performansının idarə olunması üzrə inkişaf etmiş bacarıqlar;
  • Güclü analitik düşüncə və Excel proqramı üzrə yüksək səviyyəli biliklər;
  • Müqavilə idarəetməsi prinsipləri, kommersiya şərtləri və risklərin azaldılması yanaşmaları üzrə biliklər;
  • Güclü danışıqlar aparmaq, təsir etmə və münaqişələrin idarə olunması bacarıqları, ölçülə bilən qənaət və əlavə dəyər yaratmaq qabiliyyəti;
  • Güclü maraqlı tərəflərin (stakeholder-lərin) idarə olunması bacarıqları, müxtəlif funksiyalar və yekun istifadəçilər i i ilə effektiv əməkdaşlıq qurmaq qabiliyyəti;
  • Azərbaycan və İngilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Nəticəyönümlü, təşəbbüskar və dinamik iş mühitində eyni vaxtda bir neçə prioriteti effektiv idarə etmək və detallara yüksək diqqət göstərmək bacarığı.


О вакансии

Опубликовано

may 5, 2026

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Специалист

Образование

Бакалавр

Категори

Финансы, Бизнес и Администрация