PASHA Property Management

Çağrı mərkəzinin operatoru

Сегодня

10

Описание

PAŞA Property Management “Çağrı mərkəzinin operatoru” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Müştərilərdən daxil olan zənglərin cavablandırılması;
  • Müştəri müraciətlərinin, istək və şikayətlərin qəbul edilərək sistemdə qeydiyyata alınması;
  • Müştərilərlə nəzakətli və fərdi yanaşma əsasında ünsiyyət qurulması;
  • Daxil olan müraciətlərin operativ şəkildə araşdırılması və həllinə dəstək olmaq;
  • Müraciətlərin müvafiq şöbələrə yönləndirilməsi və vaxtında cavablandırılmasının təmin edilməsi;
  • Xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflərin irəli sürülməsi;
  • Daxili prosedur və qaydalara riayət olunması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında icrası.



Требования

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dilini yüksək səviyyədə bilmək;
  • Güclü ünsiyyət bacarıqları və komandada effektiv işləmək qabiliyyəti;
  • Stressli vəziyyətlərdə işləmək bacarığı və müsbət yanaşma;
  • MS Office proqramları ilə işləmə bacarığı.

О вакансии

Конечный срок

May 9, 2026

Опубликовано

апрель 9, 2026

Тип занятости

Полная занятость

Категори

Другой