PASHA Property Management
Главная
/
/
/
Elektrik/Mexanik sahəsi üzrə təcrübə proqramı

Elektrik/Mexanik sahəsi üzrə təcrübə proqramı

Сегодня

37

Описание

PAŞA Property Management şirkəti Elektrik/Mexanik sahəsi üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə, müraciət et!


Proqram çərçivəsində nələr əldə edəcəksən?

  • Təcrübəli mentorların dəstəyi;
  • Real layihələr üzərində iş;
  • Təcrübə proqramını uğurla tamamlayan iştirakçılar şirkətdə aktiv vakansiyalar üzrə dəyərləndirilə bilərlər.


Vəzifə öhdəlikləri:

  • Gündəlik texniki baxış və profilaktik işlərdə texniki komandaya dəstək göstərmək;
  • Elektrik və mexaniki avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması prosesində iştirak etmək;
  • Texniki avadanlıqların istismarı və monitorinqi işlərində iştirak etmək;
  • Texniki sənədlərin və hesabatların hazırlanmasına dəstək vermək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Gündəlik avadanlıq yoxlanışlarında texniki heyətə dəstək olmaq;
  • Nasazlıqların İntegro sistemi üzərindən qeydə alınmasında dəstək olmaq;
  • Profilaktik baxım işlərində dəstək olmaq və iş sahəsində SƏTƏMM qaydalarına riayət etmək;
  • Texniki rəhbərin verdiyi tapşırıqları yerinə yetirmək.

Требования

Proqramda iştirak şərtləri:

  • Elektrik mühəndisliyi, elektromexanika və ya əlaqədar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi və ya yeni məzun);
  • Elektrik və mexaniki sistemlər üzrə baza biliklərinin olması;
  • MS Office proqramlarından istifadə bacarığının olması;
  • Azərbaycan dilini sərbəst bilməsi; ingilis dili üzrə baza biliklərinin olması üstünlükdür;
  • Öyrənməyə açıq olması, məsuliyyət hissinin və komanda ilə işləmək bacarığının olması;
  • Təhlükəsizlik qaydaları haqqında baza biliklərinin olması;
  • Texniki işləri düzgün başa düşmə bacarığının olması;
  • Fiziki işlərə uyğunlaşma, nizam-intizamlı və stresə davamlı olma bacarığının olması;
  • Problemləri həll etmə meylinin olması.

О вакансии

Конечный срок

August 12, 2026

Опубликовано

июль 31, 2026

Тип занятости

Стажировка

Категори

Услуги