PAŞA Property Management “İstismar Xidməti üztə texnik (təmir işləri üzrə)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Zədələnmiş hissələrin təmir etmək yaxud dəyişdirmək;
- Hava çıxışlarını (jalyüzlər, məhəccərlər, diffuzorlar) təmizləmək;
- Sifariş edilməli olan cihazlar və ehtiyat hissələri barədə rəhbərliyi məlumatlandırmaq;
- Mebellər, otaqlar (alçıpan və divar kağızları) və avadanlıq daxil olmaqla, binanın səthlərinin rəngləmək, texniki xidmət göstərmək və təmir etmək;
- Ehtiyac olduğu halda mebel və avadanlıqları daşımaq;
- İşçiyə təhkim edilmiş alət və avadanlıqları təmizləmək, texniki qulluq etmək və saz vəziyyətdə saxlamaq;
- Yerinə yetirdiyi tapşırıqlardan sonra iş yerinin təmizləmək;
- Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək;
- İşdə bütün SƏTƏMM norma və qaydalarından məlumatlı olmaq və onlara riayət etmək.