PAŞA Property Management “Kompleks direktoru” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
· Kompleksin davamlı fəaliyyətini təmin etmək məqsədilə iş proseslərini təşkil etmək;
· Kompleks müştərilərinin məmnunluğunun təmin edilməsi, onlarla münasibətlərin/əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
· Kompleks müştərilərinin müqavilə üzrə müəyyən edilmiş ehtiyaclarının təmin edilməsi;
· Kompleks müştərilərinə keyfiyyətli xidmət göstərmək üçün müxtəlif daxili şöbələr arasında düzgün koordinasiya/ əməkdaşlığı təmin etmək; bütün kompleks funksiyaları üzrə təsdiq edilmiş prosedurları və sistemləri tətbiq etmək;
· Kompleks daxili əməliyyatları maksimum məhsuldarlığı təmin edəcək üsullarla təşkil etmək və əlaqələndirmək;
· Tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək, təşkil etmək və qiymətləndirmək;
· Kompleksin fəaliyyəti ilə bağlı məlumatları toplamaq, təhlil etmək və hesabatlar hazırlamaq, tələb olunan və kompleksin fəaliyyətini təkmilləşdirən təhlil və proqnozlaşdırmanı həyata keçirmək;
· Kompleksin maliyyə büdcəsini hazırlamaq, gəlir və xərclərin büdcəyə uyğun aparılmasına nəzarət etmək və təmin etmək;
· Kompleksin effektiv fəaliyyət göstərməsi və müştəri ehtiyaclarını təmin etmək üçün resursların (məsələn insanlar, materiallar, avadanlıq və s.) yetərli olmasını planlaşdırmaq və mövcudluğuna nəzarət etmək, olmadığı təqdirdə tədbirlər görmək.
Конечный срок
January 4, 2026
Опубликовано
ноябрь 25, 2025
Тип занятости
Полная занятость

Pasha Malls ● Bakı, Azərbaycan
12-12-2025
518

OBA Market MMC ● Bakı, Azərbaycan
10-12-2025
251

İKMA Group ● Bakı, Azərbaycan
09-12-2025
311

PASHA Real Estate Group ● Bakı, Azərbaycan
09-12-2025
267

PASHA Real Estate Group ● Bakı, Azərbaycan
09-12-2025
191