Prime Cotton
Главная
/
/
/
1C üzrə operator (Sabirabad)

1C üzrə operator (Sabirabad)

  • Prime Cotton
  • Sabirabad, Azərbaycan
  • Полная занятость

11-09-2025

189

Описание

  • 1C proqramında gündəlik məlumatların, malların və xidmətlərin alış-satış sənədlərinin, anbar əməliyyatlarının (mal qəbulu, mal buraxılışı, inventarizasiya və s.) və mühasibat sənədlərinin (faktura, mal qəbzi, ödəniş tapşırığı və s.) düzgün daxil edilməsi və emalı;
  • İlkin kağız və elektron sənədlərin uyğunluğunun yoxlanılması, sistemə işlənməsi, arxivləşdirilməsi və düzgün kateqoriyalarda saxlanılması;
  • Dövri mal qalığı, alış və maliyyə hesabatlarının hazırlanması, rəhbərliyə və aidiyyəti şəxslərə operativ təqdim edilməsi;
  • Daxil edilən məlumatların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi, inventarizasiya zamanı sistemlə real vəziyyətin uyğunlaşdırılması və zəruri düzəlişlərin edilməsi;
  • Sistemdə nasazlıqlar, uyğunsuzluqlar və yeni modul/formalarla bağlı müvafiq şöbələrə məlumat verilməsi, test prosesində iştirak edilməsi və geribildirim verilməsi;
  • Audit yoxlamaları üçün tələb olunan sənədlərin hazırlanması və yoxlama zamanı sistemdən məlumat çıxarılması və izahların verilməsi;
  • 1C proqramının yenilənməsi, ehtiyat nüsxələrinin yaradılması, məlumat təhlükəsizliyinin və konfidensiallığının qorunması, giriş səlahiyyətlərinə nəzarət edilməsi;
  • 1C əməliyyatlarının avtomatlaşdırılması, istifadənin optimallaşdırılması və modulların təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Ezam olunmuş filiallarda yuxarıdakı bütün əməliyyatların icrasını təmin etmək və yekun hesabatın rəhbərliyə təqdim edilməsi.

Требования

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya informasiya texnologiyaları üzrə olması üstünlükdür);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • 1C proqram təminatını yüksək səviyyədə bilmək;
  • MS Office (xüsusilə Excel və Word) proqramlarında sərbəst işləmək bacarığı;
  • Mühasibat uçotu və anbar əməliyyatları üzrə bilik və təcrübəyə malik olmaq;
  • Məlumatların məxfiliyinə və sistem təhlükəsizliyinə ciddi riayət etmək;
  • Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Ezamiyyətlərdə işləməyə hazır olmaq.


Əlavə məlumat:

  • Şirkət tərəfindən yaşayış yeri təmin olunur;
  • Yüksək və əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı təklif olunur.

О вакансии

Конечный срок

September 29, 2025

Опубликовано

сентябрь 11, 2025

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Специалист

Образование

Бакалавр

Категори here

Логистика и Транспорт