Prime Cotton

Baş mühasib (Regional)

  • Prime Cotton
  • Saatlı, Azərbaycan
  • Полная занятость

Сегодня

25

Описание

  • Mühasibat uçotu üzrə iş planının, ilkin uçot sənədlərinin və daxili mühasibat hesabatı formalarının hazırlanması və tətbiqində iştirak etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərində düzgün əks etdirilməsini təmin etmək, operativ məlumatları təqdim etmək və maliyyə hesabatlarını müəyyən edilmiş müddətlərdə hazırlamaq;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün aparılmasına, əmək haqqı fondunun istifadəsinə, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin inventarlaşdırılmasına nəzarət etmək;
  • Müəssisənin bölmələrində mühasibat uçotu, hesabat və sənədli təftiş qaydalarına riayət olunmasını təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat uçotu hesablarında düzgün əks etdirmək;
  • İstehsal dövriyyəsi və xərclərin uçotunda, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin maya dəyərinin hesablanmasında iştirak etmək;
  • Çatışmazlıqların, pul vəsaitləri və mal-material qiymətlilərindən qanunsuz istifadənin, həmçinin maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması istiqamətində səlahiyyətləri çərçivəsində tədbirlər görmək;
  • Maliyyə hesabatları, kredit əməliyyatları və müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri üzrə uçot əməliyyatlarını aparmaq;
  • Mühasibat sənədlərinin düzgün saxlanılmasını, rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək;
  • Müəssisədə qəbul olunmuş daxili qayda və prosedurlara riayət etmək.


Требования

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləyən qərar, sərəncam, əmr və digər rəhbər, metodiki və normativ sənədləri bilmək;
  • Müəssisənin strukturunu, inkişaf strategiyasını və perspektivlərini anlamaq;
  • Mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları, həmçinin uçotun aparılması qaydalarını bilmək;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi qaydalarını və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkili prinsiplərini bilmək;
  • Maliyyə hesabatlarının tərtib formalarını və təqdim edilmə qaydalarını bilmək;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini aparmaq bacarığı;
  • Hüquqi və fiziki şəxslər üzrə vergilərin hesablanması və tutulması qaydalarını bilmək;
  • Mühasibat uçotu hesablarında çatışmazlıqların, debitor borclarının və digər itkilərin silinməsi prosedurlarını bilmək;
  • Pul vəsaitlərinin və mal-material qiymətlilərinin inventarlaşdırılması qaydalarını bilmək;
  • Mühasibat balanslarının və maliyyə hesabatlarının hazırlanması və təqdim edilmə müddətlərini bilmək;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi norma və qaydalarını bilmək.


О вакансии

Конечный срок

June 13, 2026

Опубликовано

май 14, 2026

Тип занятости

Полная занятость

Категори

Промышленность и Сельское хозяйство