Prime Cotton

Torpaqşünas (Yevlax)

  • Prime Cotton
  • İ.Dəmirov, Yevlakh, Azərbaycan
  • Полная занятость

10-02-2026

181

Описание

  • Torpağın fiziki və kimyəvi xüsusiyyətlərini qiymətləndirmək, analiz üçün torpaq nümunələrini standartlara uyğun götürmək və kimyəvi analizlərin aparılmasını təmin etmək;
  • Torpaqda mövcud qida elementlərinin və digər kimyəvi maddələrin dinamikasını izləmək, analiz nəticələrini təhlil etmək və sahələr üzrə tətbiq edilə bilən tövsiyələr hazırlamaq;
  • Torpağın məhsuldarlığının qorunması və artırılması məqsədilə tədbirlər planı (gübrələmə, torpaq bərpası və s.) hazırlamaq və icrasına nəzarət etmək;
  • Torpağın aqrokimyəvi müayinəsini planlamaq və təşkil etmək, nümunələrin götürülməsində iştirak etmək;
  • Analizlərin vaxtında, dəqiq və keyfiyyətli aparılmasına nəzarət etmək;
  • Torpaq analizləri üzrə müasir istehsalat/laboratoriya tələblərini izləmək, tətbiqini və standartlara uyğunluğunu təmin etmək;
  • Bioloji, fiziki-kimyəvi və texnoloji analizlər üzrə metodiki rəhbərlik göstərmək;
  • Laborator və sahə araşdırmalarında iştirak etmək, torpağın keyfiyyətinin və yüksək verimliliyin təmin olunması üçün elmi-metodiki sınaqları izləmək və tətbiqinə dəstək vermək.

Требования

Peşəkar bilik və bacarıqlar:

  • Torpaqşünaslıq, Aqrokimya, Aqronomluq və ya kənd təsərrüfatına aid digər uyğun ixtisaslar üzrə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi (torpaq nümunələrinin götürülməsi, aqrokimyəvi analizlər, nəticələrin interpretasiyası);
  • Torpaq nümunələrinin götürülməsi qaydalarını və aqrokimyəvi analiz metodlarını bilmək (pH, EC/duzluluq, humus, NPK və əsas mikroelementlər üzrə);
  • Analiz nəticələrini təhlil etmək, praktiki tövsiyələr və tədbirlər planı (gübrələmə, torpaq bərpası və s.) hazırlamaq bacarığı;
  • Laboratoriya prosedurlarına/standartlara və əməyin mühafizəsi qaydalarına əməl etmə bacarığı;
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə Excel – hesabat və analiz);
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • İngilis dili arzuolunan səviyyədə (texniki terminləri anlama və işgüzar yazışma/ünsiyyət).


Şəxsi keyfiyyətlər:

  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Dəqiqlik, məsuliyyət və nəticəyönümlülük;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi, planlama və prioritetləşdirmə;
  • Regionlara mütəmadi ezamiyyətlərə hazır olmaq və adaptasiya qabiliyyəti.

О вакансии

Конечный срок

March 9, 2026

Опубликовано

февраль 10, 2026

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Специалист

Образование

Бакалавр

Категори

Промышленность и Сельское хозяйство