Prime Cotton
Главная
/
/
/
Aqrar işlər üzrə operator

Aqrar işlər üzrə operator

  • Prime Cotton
  • İ.Dəmirov, Yevlakh, Azərbaycan
  • Полная занятость

09-09-2025

385

Описание

  • İşçinin gündəlik fəaliyyət sahəsi Pambıq istehsalına nəzarət şöbəsini əhatə edir;
  • İşçi şirkət tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq şöbənin işinin formalaşdırılmasında yaxından iştirak etməlidir;
  • İşçi fermerlərin sahəsində aparılmış aqrotexniki işlərin (I və II şum, mala, səpin, arxçəkmə, kultivasiya, dərmanlama və digər işləri ) gündəlik məlumatlarını təhvil verilmiş iş aktları əsasında reyester formasında dəqiq olaraq yoxlamalı, görülmüş işlərin sistemə işlənilməsinə nəzarət etməli və rəhbərliyə məlumat verməlidir. Eyni zamanda ayda 2 dəfə məlumatlardan toplanmış ümumi reyesteri təqdim etməlidir;
  • İşçi tabe olduğu şöbənin iş fəaliyyətinin düzgün təşkil edilməsi istiqamətində ərazi aqronomu, ərazi nümayəndəsi və fermerlərin tələbatını, verilən qərarlara və təkliflərə münasibətini öyrənməli və şöbəni məlumatlandırmalıdır;
  • İşçi daima rəhbəri ilə sıx koordinasiyalı çalışmalı, görüləcək işləri öncədən müəyən etməli və bunun üçün yaranmış ehtiyaclar haqda məlumat verməlidir;
  • İşçi rəhbərlik və baş ofisdən göndərilmiş sorğuları cavablandırmalı və əlavə tapşırıqları icra etməlidir;
  • İşçi aqronomlarla hər gün əlaqə saxlamalı, ərazilərində görülmüş və görülməsi planlaşdırılan işlərin qeydini aparıb Baş aqronoma məlumat verməlidir.

Требования

Təhsil:

  • Ali və ya orta ixtisas təhsili.

Peşəkar bacarıqlar:

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
  • Təşkilatda yaranan məsələləri operativ və səmərəli şəkildə həll etmək qabiliyyəti.
  • Analitik düşünmə və düzgün qərarvermə qabiliyyəti.

Texniki bacarıqlar:

  • MS Office proqramlarını sərbəst istifadə etmək.
  • Məlumatların toplanması və işlənməsi üçün texniki vasitələrdən istifadə bacarığı.
  • Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair normativ sənədlər və təlimatlar barədə biliklər.

Şəxsi keyfiyyətlər:

  • Məlumatları məxfi saxlamaq.


О вакансии

Конечный срок

October 8, 2025

Опубликовано

сентябрь 9, 2025

Тип занятости

Полная занятость

Уровень карьеры

Специалист

Категори here

Промышленность и Сельское хозяйство