Prime Cotton

Kargüzar (İmişli)

  • Prime Cotton
  • V3F4+446, İmişli, Azərbaycan
  • Полная занятость

05-01-2026

215

Описание

  • Filialın inzibati işlərinin təşkili və sənəd dövriyyəsinin idarə olunması;
  • Təminat və təmizlik xidmətlərinə nəzarət edilməsi;
  • Daxil olan və göndərilən korrespondensiyanın qəbulu, qeydiyyatı və müvafiq bölmələrə yönləndirilməsi;
  • İcra olunmuş sənədlərin ünvanlara göndərilməsi və uçotunun aparılması;
  • Sənədlərin icra müddətlərinə, düzgün rəsmiləşdirilməsinə və vaxtında çatdırılmasına nəzarət edilməsi;
  • Rəhbərliyin sərəncam və əmrlərinin qeydiyyatı və struktur bölmələrə ötürülməsinin təşkili;
  • Vətəndaş müraciətləri kitabının dövriyyəsinin təşkili, müraciətlərin qeydiyyatı və cavablandırılmasının təmin edilməsi;
  • 1C proqramı vasitəsilə anbar sorğularının və alışların qeydiyyatı, icrasına nəzarət və malların filial anbarlarına ötürülməsinin təmin edilməsi;
  • Rəhbərin görüş, iclas və müşavirələrinin planlaşdırılması, toplantıların texniki hazırlığının təşkili;
  • Arxiv işinin təşkili, sənədlərin sistemləşdirilməsi və mühafizəsinin təmin edilməsi, müddəti bitmiş sənədlərin düzgün qablaşdırılması və arxivə təhvil verilməsi;
  • Sorğu materiallarının toplanması, təsnifləşdirilməsi və rəhbərliyə təqdimat üçün hazırlanması;
  • Filiala daxil olan telefon zənglərinin qəbulu və əlaqələndirilməsi;
  • Dövrü mətbuatda müəssisə fəaliyyəti ilə bağlı materialların izlənməsi və rəhbərliyə məlumat verilməsi.

Требования

Təhsil:

  • Ali təhsil arzuolunandır (İdarəetmə, Sənədşünaslıq və arxiv işi, Menecment, Humanitar və ya oxşar ixtisaslar üstünlükdür);
  • Orta ixtisas təhsili olan namizədlərə də baxıla bilər (müvafiq iş təcrübəsi şərti ilə).


İş təcrübəsi:

  • Kargüzarlıq, ofis administratorluğu və ya sənəd dövriyyəsi üzrə minimum 1–2 il iş təcrübəsi arzuolunandır;
  • Arxiv işi və korrespondensiya idarəçiliyi üzrə təcrübə üstünlük sayılır;
  • 1C proqramı ilə işləmə təcrübəsi üstünlükdür.


Peşəkar bilik və bacarıqlar:

  • Şifahi və yazılı ünsiyyət bacarıqları, rəsmi yazışma qaydalarını bilmək;
  • Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair əsasnamə və təlimatları bilmək;
  • Kargüzarlığın vahid dövlət sisteminin əsasları barədə məlumatlı olmaq;
  • Müəssisə və struktur bölmələrin iş prinsipi və strukturu haqqında ümumi məlumatlı olmaq;
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə normativ qaydaları bilmək;
  • Sənədlərin qeydiyyatı, sistemləşdirilməsi, icra nəzarəti və arxivləşdirilməsi üzrə praktik bacarıq.


Kompüter və texniki bacarıqlar:

  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Məlumat toplamaq və əldə etmək üçün texniki vasitələrdən (printer, skaner, ofis avadanlıqları və s.) istifadə qaydalarını bilmək;
  • 1C proqramı vasitəsilə sorğu, alış və anbar proseslərinin qeydiyyatını aparmaq bacarığı (arzuolunandır).


Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
  • Operativlik və vaxtın düzgün idarə edilməsi;
  • Məxfilik prinsiplərinə riayət etmək və sənədlərlə etibarlı işləmək;
  • Komandada işləmək bacarığı, daxili müştərilərlə korrekt kommunikasiya;
  • Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığı idarəetmə bacarığı.

О вакансии

Конечный срок

February 4, 2026

Опубликовано

январь 5, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Молодой специалист

Образование

Бакалавр

Категори

Финансы, Бизнес и Администрация