Prime Cotton

Sürücü (Yevlax İFT)

  • Prime Cotton
  • Yevlax, Azərbaycan
  • Полная занятость

01-12-2025

353

Описание

  • Cəmiyyətin balansında olan və ona təhkim edilən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız və səmərəli idarə olunmasını təmin etmək;
  • Avtonəqliyyat vasitəsindən düzgün və texniki tələblərə uyğun istifadə etmək, istismar üzrə təlimatların və qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını həyata keçirmək, onun ayrı-ayrı hissə və qovşaqlarına vizual və texniki baxış keçirmək;
  • Nasazlıqların vaxtında aşkar olunması üçün mütəmadi yoxlamalar aparmaq, zəruri hallarda nasazlıqları bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirini, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının vaxtında keçirilməsini təmin etmək;
  • Əsaslı və cari təmirdən, profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
  • İstifadəsində olan avtonəqliyyat vasitəsi sıradan çıxdıqda müvafiq aktların və digər zəruri sənədlərin tərtibində və imzalanmasında iştirak etmək;
  • İdarə etdiyi avtonəqliyyat vasitəsi üçün şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları vaxtında əldə etmək və təhvil vermək.

Требования

  • Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək;
  • Etibarlı sürücülük vəsiqəsinə malik olmaq;
  • Ezamiyyələrə getməyə hazır olmaq;
  • Müxtəlif növ nəqliyyat vasitələrini idarə edə bilmək;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Minik avtomobilini peşəkar səviyyədə idarə etmə bacarığı;
  • Təhsil: tam orta;
  • Təcrübə: minimum 3 il sürücü kimi iş təcrübəsi;
  • Dil bilikləri: səlis Azərbaycan dili.

О вакансии

Конечный срок

December 30, 2025

Опубликовано

декабрь 1, 2025

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Другой

Образование

Среднее образование

Категори

Услуги