S

Təchizat üzrə menecer

18-06-2025

423

Описание

·      Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini,  təmin etmək.

·      Satıcıların qiymət təkliflərinə yenidən baxmaq və büdcə imkanları daxilində onlarla müqavilələr bağlamaq.

·      Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək və danışıqları inadkarlıqla davam etdirmək.

·      Malların otelə çatdırılması və otel çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək, habelə onların icrasını təmin etmək.

·      Bütün sənəd və təkliflərin Siyasət və Prosedur tələblərinə uyğun olaraq səliqəli olduğunu və saxlandığını yoxlayır.

·      İnformasiya və ya audit məqsədi ilə istənilən vaxt yoxlamalar üçün bütün qeydləri saxlayır.

·      Müntəzəm olaraq zəif satılan/istifadə olan məhsulların siyahı/hesabatlarını təqdir edir.

·      Şöbə çərçivəsində tədarük, qəbul, maddi-texniki ehtiyatların idarə edilməsi, buraxılması və təcili buraxılması kimi proseslər ilə bağlı daxili nəzarət siyasətləri və prosedurlarını müəyyən etmək, habelə onların icrasını təmin etmək.

·      Təklif/kotirovkaların və təchizatçıların qiymət siyahılarının yenilənməsini və saxlanmasını təmin edir.

·      Tullantılar və məhsulların korlanmasını minimuma endirmək üçün inventarların “FİFO” (“ilk daxil olan mal ilk olaraq çıxmalıdır”) prinsipinə əsasən saxlanılması və buraxılmasını təmin etmək.

·      Əməliyyat ehtiyaclarını müvafiq qaydada təmin etmək və inventarların dövriyyəsini, eləcə də ərazinin qənaətcil istifadəsini (erqonomikliyi) yüksəltməklə, inventar ehtiyatlarının mümkün qədər minimal olmasını təmin etmək.

·      Bütün anbar maddələrinin anbardan verilməsinə qədər fiziki olaraq cavabdehdir.

·      Mühasibatlıq şöbəsi ilə hər bir müəyyən edilmiş anbar ərazisi üçün inventar balanslarında məqbul dəyişiklikləri (kənaraçıxmaları) müəyyən etmək.

·      Qəbul edilmiş səviyyələrdən fərqli (yuxarı) olan dəyişikliklər haqqında Baş Menecerə xəbər vermək.

·      Təchizat şöbəsinin menecer köməkçisi, Mal qəbulu işçisi, Anbaq nəzarətçisi və Xərclər üzrə mühasib ilə əlaqədə olmaq/əməkdaşlıq etmək.

·      Otelin gəlir mərkəzlərinin inventar dəyərlərində hər hansı müsbət və ya neqativ dəyişikliklərin bölüşdürülməsini Mühasibatlıq şöbəsi ilə koordinasiya etmək .

·      İnventar ehtiyatlarının izafi alışı və ya istehlakı haqqında şöbələrə birbaşa xəbər vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.

·      Baş Menecer və Maliyyə şöbəsinin Müdirinə hər bir şöbənin inventar və qeyri-inventar materiallarının istehlak xərcləri və nəticələri haqqında xəbər vermək.

·      Statistik məlumatlar və xərclər planını təqdim etməklə, bütün proqnoz və biznes planı üzrə fəaliyyətlərə yardım etmək.

·      Təchizat şöbəsi üçün biznes planının bir hissəsini təşkil edəcək illik əməliyyat büdcəsini təşkil etmək.

·      Təchizat şöbəsinin bütün xərclərinə nəzarət etmək, bunlara nəzarət üçün müvafiq tədbirləri həyata keçirmək və onların icrasını təmin etmək.

·      Əməliyyat standartlarının icrasını təmin etməklə, xərcləri minimuma endirmək üçün Təchizat şöbəsində ştat işçilərinin normativ sayı və əmək haqqı xərclərini planlaşdırmaq.

·      Müxtəlif şöbə rəhbərlərindən bütün məhsulların və tədarüklərin spesifikasiyalarını əldə etmək və koordinasiya etmək, habelə bazar siyahıları ilə onların sənədlərini aparmaq.

·      Baş aşpaz və İaşə şöbəsinin Rəhbəri ilə birgə fəaliyyət göstərərək qida və içki məmulatları üçün tədarük spesifikasiyalarını tərtib etmək.

·      Anbarda saxlanılan bütün məmulatlar üçün aşağıda sadalanan kompyuter məlumatlarını tərtib edilməsi və aparılmasına görə cavabdehlik daşımaq.

ü   Nominal anbarlar və təkrar sifariş məntəqələri

ü Standart sorğu adları

ü Bazar siyahısı və alış sifarişləri

ü İnventar səviyyələri

·      Oteldə fəaliyyət göstərən hər bir şöbənin tələblərə, habelə müəyyən edilmiş standartlara müvafiq olaraq ən sərfəli qiymətlərlə mal və xidmətləri əldə etməsini təmin etmək.

·      Təchizat şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və minimal standartlarına riayət edilməsini təmin etmək.

·      Etibarlı və daimi təchizatçıları seçmək, habelə gündəlik istehsal edilən məhsullar və içkilər üçün həftəlik qiymətləri əldə etmək.

·      Alış üçün ərizə Maliyyə şöbəsinin Müdiri və Baş Menecer tərəfindən təsdiq edildikdən sonra, qeyri-inventar məmulatları üçün bütün sifarişləri vermək. Qeyri-inventar məmulatları üçün bütün sifarişləri müəyyən edilmiş və yoxlanılmış nominal anbarlar və inventar səviyyələrinə əsasən yerləşdirmək.

·      Kataloqlar, qiymətlərə dair istinad məlumatlarının kitabxanasını aparmaq və satınalmalar üzrə arxiv sənədlərini qoruyub saxlamaq. Tədarük sorğuları və müvafiq sənədlər ilə birgə təchizatçıların ümumi sənədlərini qoruyub saxlamaq.

·      Sənaye, şirkət və otel tərəfindən tələb olunduqda, Təchizat şöbəsində baş verən hər hansı dəyişikliklərə uyğunlaşmaq.

·      Şöbə rəhbərliyi səviyyəsində keçirilən və digər şöbədaxili iclaslarda iştirak edərək rəhbərlik və işçiləri bazar tendensiyaları və müxtəlif təchizat proseslərinin statusu ilə tanış etmək.

Требования

  • Təhsil: Bakalavr təhsili. (İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili arzuolunandır);
  • İş təcrübəsi: Satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: Yerli təlim mərkəzlərində həm də online əldə edilən Satınalma sahəsindəki sertifikat qəbul edilir;
  • Xarici dil: İngilis dili (yaxşı), Azərbaycan dili (səlis) Rus dili (arzuolunandır);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Bazar biliyi: müvafiq kateqoriya üzrə yerli bazar üzrə biliklər tələb olunur;
  • Digər: Güclü ünsiyyət bacarığı və işgüzar danışıqlar aparmaq bacarığı.


О вакансии

Конечный срок

July 28, 2025

Опубликовано

июнь 18, 2025

Тип занятости

Полная занятость

Категори

Рестораны, Туризм и Проживание