Starex Global
Главная
/
/
/
İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

  • Starex Global
  • 9RQR+7CR, Bakı, Azərbaycan
  • Полная занятость

Сегодня

9

Описание


Təsvir

  • Starex Global, Aras Global şirkətinin Azərbaycan nümayəndəliyidir və Austrian Post (Avstriya Dövlət Poçtu) qrupuna daxildir. Şirkət beynəlxalq logistika və çatdırılma sahəsində fəaliyyət göstərərək müştərilərinə etibarlı və sürətli xidmətlər təqdim edir.
  • Biz peşəkar mühitdə inkişaf etməyə həvəsli, analitik düşüncəyə malik, məsuliyyətli və komanda ruhu ilə işləməyi bacaran namizədləri komandamıza qoşulmağa dəvət edirik. Şirkətimiz əməkdaşlarına beynəlxalq şirkət mühitində təcrübə qazanmaq və karyera inkişafı üçün geniş imkanlar təqdim edir.



Vəzifə öhdəlikləri

  • Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtında və düzgün şəkildə daxil edilməsinin təmin edilməsi.
  • Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi.
  • Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi.
  • Şirkət daxilində vakansiya sorğularının toplanması və işə qəbul prosesinin təşkili və aparılması.
  • İşə qəbul prosesində İnsan Resursları Meneceri ilə sıx əməkdaşlıq etmək.
  • Şirkət əməkdaşları və şöbələrlə sıx əlaqədə olmaq, yaranan HR məsələlərinin həllində yaxından iştirak etmək.
  • Vəzifə təlimatlarının hazırlanması və əməkdaşların yazılı şəkildə məlumatlandırılmasının təmin edilməsi.
  • Rəhbərliyin və İnsan Resursları Departamenti Direktorunun verdiyi tapşırıqların icrasını təşkil etmək və nəzarətdə saxlamaq.
  • Aylıq HR hesabatlarının ingilis dilində Türkiyə və Avstriya ofislərinə təqdim edilməsi.
  • Məzuniyyət qalıqları üzrə məlumatların aylıq əsasda hazırlanması, analiz edilməsi və müvafiq hesabatların audit məqsədilə təqdim edilməsi.
  • İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq olaraq təkliflərin hazırlanması.
  • Şikayət, təklif və müraciətlərin araşdırılması və müvafiq qərarların qəbul edilməsi.
  • İntizam proseslərinin idarə olunması.
  • Bütün insan idarəetmə prosesləri və sistemlərində menecerlərə məsləhət və yardımçı olunması.
  • İşçi heyətindən insan resursları sahəsi ilə bağlı daxil olan sualların araşdırılması, icra edilməsi və cavablandırılması.
  • İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası.
  • Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması.

Требования

  • İnsan Resursları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Ən azı 2-3 il insan resursları sahəsində təcrübə (əməkhaqqı hesablamaları sahəsində arzuolunandır);
  • Azərbaycan Respublikasının Əmək qanunvericiliyini yaxşı bilmək və Vergi Məcəlləsi üzrə nəzəri biliklər.
  • Əməkhaqqı hesablamarı üzrə yüksək biliklər
  • Əla ünsiyyət, strateji düşüncə və problem həll etmə bacarıqları;
  • MS Office və İnsan Resursları proqram təminatında sərbəst işləmək bacarığı;
  • 1C proqramı ilə işləmə bacarığı
  • HR hesabatlılığı və əmək haqqı hesablamaları üzrə təcrübə
  • İngilis dili biliyi (yazılı hesabatlar üçün)
  • Analitik düşünmə və detallara diqqət
  • ƏMAS, İSB və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;



О вакансии

Конечный срок

April 29, 2026

Опубликовано

апрель 2, 2026

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Образование

Бакалавр

Категори

Финансы, Бизнес и Администрация

Льготы и преимущества

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta
  • Telefon xərcləri
  • Taksi xidmətindən istifadə
  • Təlim dəstəyi