Mars Overseas Baku LTD MMC

Hesabatlıq şöbəsinin rəhbəri

07-09-2026

1K

Описание

  • Aylıq, rüblük və illik maliyyə, büdcə və idarəetmə hesabatlarının şirkətin daxili prosedurlarına uyğun olaraq vaxtında hazırlanmasını, təsdiq üçün rəhbərliyə təqdim edilməsini təmin etmək
  • Gəlir və xərc proqnozlarının hazırlanmasını həyata keçirmək, maliyyə planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində təkliflər vermək
  • Maliyyə nəticələrini təhlil etmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyin qərarvermə prosesini dəstəkləyən maliyyə məlumatlarını təqdim etmək;
  • Şirkətin illik büdcəsinin daxili prosedurlara uyğun şəkildə hazırlanması və icrası prosesinə rəhbərlik etmək;
  • Daxili və xarici audit prosesləri çərçivəsində tələb olunan maliyyə məlumatlarının vaxtında təqdim edilməsini təmin etmək, audit nəticələri üzrə müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesinə nəzarət etmək;
  • Komandanın fəaliyyətini effektiv şəkildə idarə etmək, əməkdaşların peşəkar inkişafını dəstəkləmək və yüksək performanslı iş mühitinin formalaşdırılmasını təmin etmək
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıq və sorğuların vaxtında və keyfiyyətli icrasını təmin etmək.

Требования

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə magistr təhsilinə malik olmaq;
  • ACCA, CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və mühasibatlıq sertifikatlarına malik olmaq üstünlük hesab edilir;
  • Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə fəaliyyət göstərmiş olmaq;
  • Beynəlxalq audit xidmətləri göstərən aparıcı şirkətlərdə (Big4) iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
  • Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq (rus dili biliyi üstünlükdür).


Xüsusi tələblər:


  • Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin nəzəri və praktik biliklərə malik olmaq;
  • Microsoft Excel proqramında qabaqcıl səviyyədə bilik və analitik işləmə bacarığına malik olmaq;
  • Yüksək stress şəraitində səmərəli fəaliyyət göstərmək və komandada effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq

О вакансии

Конечный срок

October 7, 2026

Опубликовано

сентябрь 7, 2026

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация