A
Главная
/
/
/
Kateqoriya Meneceri — Mom & Kids

Kateqoriya Meneceri — Mom & Kids

  • 57 Üzeyir Hacıbəyov, Bakı, Azerbaijan
  • Полная занятость

07-04-2025

45

Описание

Valideynlər üçün keyfiyyətli, təhlükəsiz və aktuallıq baxımından uyğun məhsulların vacib olduğunu bilirsənmi? Ailələrin etibar etdiyi bir kateqoriya yaratmaq istəyirsənsə, o zaman Mom & Kids komandasına qoşul!


Nə ilə məşğul olacaqsan?:

  • "Uşaq məhsulları" kateqoriyasının inkişaf strategiyasını hazırlamaq (geyim, ayaqqabı, oyuncaqlar, qida, gigiyena, avtomobil kresloları, beşil və s.);
  • Məqsədli auditoriyanın (valideynlər, müxtəlif yaş qruplarındakı uşaqlar, körpələr və s.) ehtiyaclarını nəzərə alaraq assortiment matrisini qurmaq;
  • Bazar və tələbatı analiz etmək;
  • Məhsul çeşidinin qiymət seqmentləri, yaş qrupları və funksionallıq üzrə balanslaşdırılmasını və tamlığını təmin etmək;
  • Təchizatçılar və əsas tərəfdaşlarla əməkdaşlıq qurmaq, müqavilələr bağlamaq, danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq: qiymətlər, endirimlər, marjanlıq;
  • Kateqoriyanı inkişaf etdirmək və əsas göstəriciləri yaxşılaşdırmaq: GMV, marjanlıq, dövriyyə və s.;
  • Promosyon kampaniyalarını təşkil etmək, promosyon təqvimi yaratmaq, xüsusi təkliflər üçün məhsul seçimi etmək;
  • Məhsul kartlarının vizual və mətn tərkibini yaxşılaşdırmaq.

Требования

  • Minimum 3 il əlaqəli iş təcrübəsi;
  • Uşaq məhsulları bazarını və tənzimlənən məhsul xətləri barədə yaxşı biliklər;
  • Analitik bacarıqlar və Excel, BI sistemləri ilə işləmə bilikləri;
  • Elektron ticarət prosesləri və alətləri haqqında əsas biliklər;
  • Təchizatçılarla danışıqlar aparmaq və müqavilələri idarə etmək təcrübəsi;
  • Marketinq, iqtisadiyyat, menecment və ya oxşar sahələr üzrə bakalavr təhsili;
  • Yaxşı ünsiyyət bacarıqları, təchizatçılarla uzunmüddətli münasibətlər qurma bacarığı;
  • İngilis və ya rus dillərindən birində yaxşı səviyyədə bilik.

О вакансии

Конечный срок

May 17, 2025

Опубликовано

апрель 7, 2025

Тип занятости

Полная занятость

Опыт

3-4 лет

Уровень карьеры

Руководитель

Образование

Бакалавр

Категори

Продажи и Обслуживание Клиентов

Льготы и преимущества

  • Medical insurance
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük