Unibank Kommersiya Bankı
Главная
/
/
/
Dələduzluğun qarşısının alınması şöbəsinin baş mütəxəssisi

Dələduzluğun qarşısının alınması şöbəsinin baş mütəxəssisi

12-02-2026

782

Описание

· Kredit müraciətləri və mövcud kredit portfeli üzrə dələduzluq indikatorlarının (red flags) müəyyən edilməsi və izlənməsi;

· Daxili sistemlərdən (CRM və kredit platforması, skorinq sistemi, loglar, ödəniş intizamı və s.) məlumatların toplanması, ilkin təhlili və keyslər üzrə strukturlaşdırılması;

· Şübhəli kredit müraciətləri və verilmiş kreditlər üzrə araşdırma planının hazırlanması və icrası;

· Müraciət sənədlərinin, gəlir, iş yeri və əlaqə məlumatlarının, təminat və əmlak sənədlərinin yoxlanılması və çarpaz təsdiqlənməsi;

· Araşdırma nəticələrinin sübut bazası əsasında sənədləşdirilməsi (protokol, arayış, ekran görüntüləri, log çıxarışları və s.);

· Aşkarlanan sxem üzrə əsas səbəbin təhlili: proses boşluğu, nəzarət zəifliyi, insan faktoru, sistem məhdudiyyəti;

· Dələduzluq riskini azaldan nəzarət tədbirlərinin təklif edilməsi və tətbiqinə dəstək;

· Keyslərin vaxtında yekunlaşdırılması və nəticələrin təqdim edilməsi;

· Skorinq sistemləri üzrə şübhəli əməliyyatların aşkarlanması və təhlili;

· Kredit məhsulları üzrə risklərin aşkarlanması, araşdırılması, qarşısının alınması və nəzarət mexanizmlərinin gücləndirilməsi.

Требования

· Ali təhsil (maliyyə üzrə, iqtisadiyyat üzrə, riyaziyyat üzrə);

· Bank sahəsində ümumilikdə 2 il iş təcrübəsi, müvafiq sahədə ən azı 1 il;

· Oracle PL/SQL üzrə orta səviyyəli bilik; Power BI bilikləri üstünlükdür;

· Statistik biliklər və bank məhsulları üzrə məlumatlılıq;

· Məntiqi və analitik düşünmə qabiliyyəti;

· Kredit riskləri üzrə qanunvericilik və normativ sənədlər barədə bilik;

· Böyük məlumat bazası ilə işləmək və təqdimat hazırlamaq bacarığı;

· İngilis və ya rus dili üzrə bilik arzuolunandır;

· Daxili audit, nəzarət, risk (fraud), istehlak və ya mikro kredit analizi sahələrində təcrübə üstünlükdür.

О вакансии

Конечный срок

March 14, 2026

Опубликовано

февраль 12, 2026

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация