Unibank Kommersiya Bankı
Главная
/
/
/
Partnyor şəbəkə və ATM şöbəsinin Mütəxəssisi/ Aparıcı Mütəxəssisi

Partnyor şəbəkə və ATM şöbəsinin Mütəxəssisi/ Aparıcı Mütəxəssisi

Сегодня

25

Описание

Partnyor şəbəkəsi komandamıza taksit, cashback və premium partnyorlarla əməkdaşlığın inkişafı üzrə təcrübəli namizədləri dəvət edirik. Bu vəzifədə siz yeni partnyorların cəlb edilməsi, kampaniyaların təşkili və effektivliyinin təhlili, bazar araşdırmalarının aparılması və partnyorlarla əməkdaşlığın idarə edilməsində aktiv rol alacaqsınız.


Vəzifə öhdəlikləri:


  • Yeni taksit və cashback partnyorlarının cəlb edilməsi üzrə işlərin həyata keçirilməsi;
  • Mövcud taksit partnyorları ilə kampaniya və marketinq kommunikasiyalarının təşkili;
  • Keçirilən kampaniyaların effektivliyinin analizi və nəticələrə uyğun təkliflərin hazırlanması;
  • Bazar araşdırmalarının aparılması və potensial partnyorların müəyyən edilməsi;
  • Daxil olmuş partnyorluq sorğularının emalı;
  • Partnyorların aylıq və həftəlik dövriyyə və gəlir göstəriciləri üzrə hesabatların hazırlanması və analitik təhlilinin aparılması;
  • Premium partnyorlarla görüşlərin təşkili və imtiyaz paketlərinin razılaşdırılması prosesinin idarə edilməsi;
  • Cari və yeni partnyorlarla əməkdaşlığa uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Taksit, cashback və premium imtiyazlar üzrə müştəri təcrübələrinin təhlili və üzləşilən çətinliklərin aradan qaldırılması istiqamətində işlərin görülməsi.

Требования

  • Ali təhsil;
  • Rus dilində sərbəst danışıq bacarığı, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə bacarığı;
  • Partnyorlarla görüşlər üçün səyyar fəaliyyət göstərə bilmə imkanı;
  • Dəqiq, aydın və effektiv şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
  • Yüksək analitik düşüncə və məlumatlarla işləmə bacarığı;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik;


Biz nə təklif edirik?


  • Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
  • Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
  • Güclü komanda ruhu və müasir korporativ iş mühiti.


О вакансии

Конечный срок

November 5, 2026

Опубликовано

October 6, 2026

Тип занятости

Полная занятость

Уровень карьеры

Специалист

Категори

Финансы, Бизнес и Администрация