Xalq Bank
Главная
/
/
/
İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin mütəxəssisi

İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • İnşaatçılar pr., 22L
  • Полная занятость

28-10-2026

7.1K

Описание

  • Bankın Baş ofisinə daxil olan və rəhbərliyin göstərişinə əsasən icrası nəzərdə tutulmayan məktubların əslilərini xüsusi ayrılmış qovluqda saxlamaq
  • Bankın Baş ofisindən xaric olan məktubların və sənədlərin düzgünlüyünü bankdaxili qaydalara uyğun olaraq yoxlamaq,  uyğunsuzluq olmadığı halda qeydiyyatını apararaq skan surətini saxlamaq və onların göndərilməsini təmin etmək;
  • Bankın rəsmi blanklarının (sifariş olunmuş, korlanmış və s.) uçotunu aparmaq;
  • Möhür və ştamplarla bağlı təchizatçı şirkət tərəfindən göndərilən ödəniş sənədlərini yoxlamaq, uyğunsuzluq olmadığı halda Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
  • Bankın struktur bölmələri tərəfindən sifariş edilmiş qeydiyyat kitabı və uçot jurnallarının təchizatçı şirkət tərəfindən göndərilən eskizinin Bankın daxili normativ aktları və ya Bankda mövcud olan eskizlərlə uyğunluğunu, sifarişin detalları (say , növ və s.) barədə məlumatları struktur bölmələr tərəfindən “1C”-də qeyd olunan sifarişlərdəki məlumatlarla eyniliyini yoxlamaq, uyğunsuzluq olmadığı halda təsdiqləmək, uyğunsuzluq olduğu halda düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
  • Daxil olan sorğu, müraciət, şikayət və təkliflərin Azərbaycan Respublikasının Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodolji Rəhbərliyi” nə uyğun olaraq reyestrini işləmək;
  • Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən məktubların daşınmasını təmin etmək və onlar tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə məqsədilə sənədləri Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi ilə bağlı qarşı tərəfə məlumat vermək.


Требования

·        Ali magistr təhsili;

·        Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;

·        Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;

·        Kompüter bilikləri;

·        Ofis ləvazimatları ilə işləmək bacarığı;

·        Komandada işləmək bacarığı;

·        Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

·        Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

·        İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

О вакансии

Конечный срок

November 27, 2026

Опубликовано

oktyabr 28, 2026

Тип занятости

Полная занятость

Категори

Финансы, Бизнес и Администрация