Onlayn satışların əsas göstəricilərinin hesablanması: satış həcmi, gəlir, orta çek, marjinallıq, qaytarmalar, bir sifarişin gəlirliliyi;
Trafikdən ödənilmiş sifarişə qədər olan yolun izlənməsi, harada müştəri itirdiyimizin tapılması və komandalara hazır təkliflərlə gəlməsi;
İstifadəçilərin saytda və tətbiqdə davranışının öyrənılməsi: axtarış, kataloq, tərk edilmiş səbətlər, ödəniş prosesinin hər addımı;
Komandalar üçün dashboard-ların hazırlanması və onların yenilənməsi, gündəlik sorğulara cavab verilməsi;
Endirim, aksiya və reklam kampaniyalarının nəticəsinin ölçülməsi, hansı kanalın nə qədər gəlir gətirdiyinin hesablanması;
Müştərilərin təkrar alışlarının, saxlanma səviyyəsinin və uzunmüddətli dəyərinin təhlil edilməsi, bazanın seqmentlərə bölünməsi;
Product komandası ilə A/B testlərin qurulması, nəticələrin hesablanması və konkret qərara gətirib çıxarılması;
Saytda və tətbiqdə hansı məlumatların toplanmasına dair tapşırıqların verılməsi, məlumatların düzgünlüyünə nəzarət edilməsi.
Tələblər
Analitikada ən azı 2 il təcrübə, onlayn satışlarla iş təcrübəsi mütləqdir;
Bu göstəriciləri nəzəri yox, real işdə hesablamış olmalısınız;
Yaxşı SQL bilikləri: mürəkkəb sorğular, window funksiyaları, böyük cədvəllərlə iş Python (pandas, numpy) — təhlil və təkrarlanan işlərin avtomatlaşdırılması üçün BI alətlərindən biri ilə iş təcrübəsi (Tableau / Power BI / Superset / DataLens);
Statistikanı iş səviyyəsində bilmək: 200 nəfər üzərində aparılan testin nəticə saymadığını anlamaq;
Nəticəni sadə dildə izah etmək və fikrinizi əsaslandırmaq bacarığı;
Üstünlük verilir Sayt və mobil tətbiq analitikası ilə tanış olanlara: GA4, Amplitude, AppMetrica, Firebase
Riteyl və ya marketplace təcrübəsi;
Reklam kanallarının qiymətləndirilməsini başa düşmək;
Data mühəndisləri ilə iş, dbt / Airflow ilə tanışlıq.