Güclü analitik və marketinq bacarıqlarına malik Data Analitik axtarırıq. Bu rolda əsas məqsəd — mobil platformalar, rəqəmsal marketinq, ödəniş sistemləri və retail satış kanallarından gələn məlumatları birləşdirərək tam analitika sistemini qurmaqdır. Məlumatların düzgünlüyünü təmin etmək və vahid mənzərə yaratmaq vacibdir: müştərinin cəlb olunma dəyəri nə qədərdir, onun dəyəri və ödəniş qabiliyyəti nədir, nə vaxt geri dönüş (payback) baş verir və ümumi satışlara necə təsir göstərir.
Əsas vəzifələr:
- Google Play Console və App Store Connect-dən məlumatların yüklənməsi və analizi (installs, subscriptions, churn, ARPU, LTV, retention);
- Ödəniş xidmətləri və PSP-lərdən tranzaksiya məlumatlarının toplanılması;
- CRM, retail funnel və digər satış kanallarından məlumatların inteqrasiyası və uyğunlaşdırılması;
- Mobil, online və retail datalarının birləşdirilərək müştəri yol xəritəsinin (customer journey) tam mənzərəsinin qurulması;
- Bütün göstəriciləri əhatə edən vahid analitik hesabat / data martın hazırlanması;
- Gündəlik metriklərin monitorinqi və anomaliyaların aşkar edilməsi;
- Looker Studio və Power BI-də dashboard və hesabatların hazırlanması;
- Retail və online istifadəçi davranışlarının analizi, satışa təsir edən tendensiyaların müəyyən edilməsi;
- Marketinq və məhsul komandaları ilə sıx əməkdaşlığın edilməsi.