Kontakt Home
Ana səhifə
/
/
/
İR əməliyyatları üzrə təcrübəçi

İR əməliyyatları üzrə təcrübəçi

24-09-2026

2.1K

Bağlanılıb

Təsvir

  • Yeni işçilərin işə qəbul prosesində iştirak etmək (sənədlərin qəbul edilməsi, əmək müqavilələrinin SİMA vasitəsilə imzalanmasının təşkili və müvafiq qeydiyyat işlərinin aparılması);
  • Əmək münasibətlərinə xitam verilən əməkdaşlarla bağlı əməliyyatların həyata keçirilməsinə dəstək göstərmək (ərizələrin qəbul edilməsi, təhvil-təslim prosesinin koordinasiyasında iştirak və sənədlərin arxivləşdirilməsi);
  • Əmək müqavilələrinə edilən dəyişikliklərlə bağlı sənədlərin hazırlanması və əməkdaşlar tərəfindən SİMA vasitəsilə imzalanmasının təmin edilməsi;
  • İşçilərin giriş-çıxış kartları ilə təmin olunması və bununla bağlı qeydiyyat işlərinin aparılması;
  • Əməkdaşların gündəlik davamiyyətinin izlənilməsi, məlumatların yoxlanılması və müvafiq qeydiyyatın aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və düzgün saxlanılmasını təmin etmək;
  • İR sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi proseslərində iştirak etmək;
  • İR əməliyyatları ilə bağlı gündəlik inzibati işlərə dəstək vermək.


Qeyd:

  • Proqramın müddəti 3 aylıq nəzərdə tutulub

Tələblər

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Güclü ünsiyyət bacarığı;
  • Detallara diqqət etmə və vaxtın idarə olunması bacarıqları;
  • Microsoft Office proqramlarında işləmə bacarığı.
  • Təhsilini yeni başa vurmuş məzunlar və ya magistratura tələbələri prioritet namizəd hesab olunur


Vakansiya haqqında

Paylaşılıb

sentyabr 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə