Kontakt Home
Ana səhifə
/
/
/
İşə Qəbul üzrə Rəhbər

İşə Qəbul üzrə Rəhbər

  • Kontakt Home
  • CRGV+G7G Milli Aerokosmik Agentlik, Azadlıq m/st, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

21

Təsvir

  • Şirkətin biznes məqsədlərinə uyğun işə qəbul strategiyasının hazırlanması və icrası;
  • İşə qəbul komandasının idarə olunması, inkişafı və performansının izlənilməsi;
  • Açıq vakansiyaların prioritetləşdirilməsi və işə qəbul planının hazırlanması;
  • Struktur rəhbərləri ilə əməkdaşlıqda hər bir vəzifə üzrə tələblərin və seçim meyarlarının müəyyənləşdirilməsi;
  • Vakansiyaların vaxtında və keyfiyyətli bağlanmasının təmin edilməsi;
  • Namizəd axtarışı üçün effektiv mənbə və yanaşmaların müəyyənləşdirilməsi;
  • Müsahibə və qiymətləndirmə proseslərinin standartlaşdırılması və təkmilləşdirilməsi;
  • Namizəd təcrübəsinin yüksək səviyyədə saxlanılması;
  • İşə qəbul göstəricilərinin (işə qəbul müddəti, vakansiyanın bağlanma müddəti, təklifin qəbul dərəcəsi, mənbənin effektivliyi və s.) davamlı təhlili və zəif nöqtələrin müəyyənləşdirilməsi
  • Nəticələr üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İşə qəbul proseslərinin avtomatlaşdırılması və ATS-dən effektiv istifadənin təmin edilməsi;
  • İşəgötürən brendinqi təşəbbüslərinin İnsan Resursları və Marketinq komandaları ilə koordinasiyası;
  • Əmək bazarı, əmək haqqı meylləri və rəqib şirkətlərin yanaşmalarının izlənilməsi;
  • İşə qəbul büdcəsinin planlaşdırılması və səmərəli idarə olunması;
  • İşə qəbul proseslərinin daxili prosedurlara və qanunvericiliyə uyğunluğunun təmin edilməsi.


Tələblər

  • İnsan Resursları və ya Biznesin İdarə Edilməsi sahəsində ali təhsil üstünlükdür;
  • İşə qəbul sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən komanda idarəçiliyi təcrübəsi;
  • İşə qəbul proseslərinin tam olaraq idarə olunması üzrə güclü praktiki təcrübə;
  • Rəhbər səviyyəli vakansiyaların bağlanması üzrə təcrübə;
  • Namizəd axtarışı metodları üzrə yüksək bilik və bacarıqlar;
  • İşə qəbul göstəriciləri və analitika ilə işləmək bacarığı;
  • Struktur rəhbərləri və üst rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Güclü liderlik, planlaşdırma və prioritetləşdirmə bacarıqları;
  • Eyni zamanda çoxsaylı vakansiya və layihələrin idarə olunması bacarığı;
  • Problem həll etmə və qərarvermə bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yüksək səviyyədə bilik üstünlükdür;
  • ATS və işə qəbul alətləri ilə iş təcrübəsi üstünlükdür.

 

Vakansiya haqqında

Son tarix

October 9, 2026

Paylaşılıb

sentyabr 9, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə