Kontakt Home
Ana səhifə
/
/
/
İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis

İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis

Bu gün

485

Təsvir

  • Şirkətin işəgötürən brendinin tanıdılması və əmək yarmarkalarında, universitetlərin karyera günlərində, konfranslarda və digər İR tədbirlərində şirkətin təmsil edilməsi;
  • Mövcud vakansiyaların təhlil edilməsi, vəzifə tələblərinə uyğun iş elanlarının hazırlanması və müvafiq işə qəbul platformalarında yerləşdirilməsi;
  • Vakansiyalar üzrə namizədlərin müxtəlif mənbələrdən və axtarış kanallarından cəlb edilməsi;
  • Daxil olan CV-lərin vakansiya tələblərinə uyğun ilkin dəyərləndirilməsi və potensial namizədlərin müəyyənləşdirilməsi;
  • Namizədlərlə ilkin və növbəti mərhələlər üzrə müsahibələrin keçirilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Namizədlərin seçim prosesinin koordinasiyası və müsahibə mərhələlərinin vaxtında təşkil edilməsi;
  • İşə qəbul prosesinin gedişatı barədə aidiyyəti struktur rəhbərlərinin mütəmadi məlumatlandırılması;
  • Yeni əməkdaşların işə qəbul prosesinin koordinasiyası və aidiyyəti struktur bölmələrinin vaxtında məlumatlandırılması;
  • İşə qəbul agentlikləri, universitetlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Şirkətin namizəd bazasının mütəmadi yenilənməsi və genişləndirilməsi;
  • İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin izlənilməsi və təhlil edilməsi;
  • İşə qəbul prosesinin effektivliyinin və namizədlərin müsbət təcrübəsinin təmin edilməsi.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir);
  • İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 2 il iş təcrübəsi (pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür);
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür;
  • İşə qəbul prosesinin müxtəlif mərhələləri, namizəd axtarışı və müsahibələrin aparılması üzrə praktiki biliklər;
  • Müxtəlif axtarış kanalları və işə qəbul platformaları ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
  • Güclü analitik düşünmə və namizədləri qiymətləndirmə qabiliyyəti;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və bir neçə vakansiya üzrə paralel işləmək bacarığı;
  • Nəticəyönümlülük, məsuliyyətlilik, təşəbbüskarlıq və operativlik;
  • Dinamik iş mühitində işləməyə və yüksək iş tempinə uyğunlaşmağa hazır olmaq.


Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik və müasir iş mühiti;
  • Müasir və rahat ofis şəraiti;
  • Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  • Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.


İş şəraiti:

İş qrafiki: I–V günlər, 09:00–18:00;

İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya haqqında

Son tarix

December 13, 2026

Paylaşılıb

noyabr 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə