Xarici və daxili təchizatçılardan anbara daxil olan məhsulların sistem üzrə mədaxil edilməsi və mədaxil üzrə sənədlərin arxivləşdirilməsi;
Yüklərin qəbulundan sonra tərtib olunan uyğunsuzluq aktlarının aidiyyəti üzrə yönləndirilməsi;
Qəbul zamanı qüsurlu məhsul aşkar edildikdə bu barədə müvafiq məhsul üzrə menecer və texniki servis əməkdaşlarının məlumatlandırılması;
Təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə müvafiq qalığa işlənməsi və məhsulların yığılması üçün anbardarın məlumatlandırılması;
Daxil olması gözlənilən yüklər barədə anbardarların məlumatlandırılması;
Qəbul zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələrin və əməkdaşların məlumatlandırılması;
Qəbul zamanı aşkar olunmuş qüsurlu məhsullar barədə aidiyyəti şöbələrin və əməkdaşların məlumatlandırılması;
Məhsul üzrə menecerlərdən daxil olan sorğular əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə rezerv edilməsi və onların yığılması üçün anbardarların məlumatlandırılması;
Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkil edilməsi;
Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də hesabatların hazırlanaraq təqdim olunması.
İş şəraiti:
İş günləri: 6 gün iş, 1 gün istirahət;
Tələblər
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
MS Office proqramlarını sərbəst istifadə etmə bacarığı;
Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklərin olması;
Analitik düşünmə, təhliletmə qabiliyyəti;
Punktuallıq və detallara diqqət etmə bacarığı;
Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;