Mərkəzi anbardan daxil olan məhsulların sistem üzrə mədaxil olunması və mədaxil üzrə sənədlərin arxiləşdirilməsi;
Yüklərin qəbulundan sonra tərtib olunan uyğunsuzluq aktının aidiyyəti üzrə yönləndirilməsi;
Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən mağaza vitrinlərinin, mağaza anbarlarının lazım olan sayda məhsulla təmin olunmasının icrası;
Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən məhsulların mağazalar və anbarlar arası yerdəyişmə əməliyyatlarının icrası;
Yeni açılan mağazalar üçün məhsulların sistem üzərindən rezerv olunması, eləcə də bağlanan mağaza qalıqlarının anbara və ya mağazalara yerdəyişmə edilməsi;
Sorğu əsasında müştəri məhsullarının sistem üzərindən mağaza və anbarlar arası yerdəyişmə edilməsi;
Məhsul üzrə menecerlərin sorğusu əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə geri çəkilməsi;
Bölgü zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələrin, əməkdaşların məlumatlandırılması;
Gündəlik olaraq gözləmə qalıqlarının yoxlanması, məhsulların gözləmə qalığında təyin olunan vaxtdan çox qalmamasına nəzarətin edilməsi;
Marketing, təlim və s. şöbələrdən daxil olan sorğular əsasında məhsulların müvafiq daxili istifadə qalıqlarına yerdəyişmə edilməsi;
Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkil edilməsi;
Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
İş şəraiti:
İş günləri: 6 gün iş, 1 gün istirahət;
Tələblər
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklərin olması;
Analitik düşünmə, təhliletmə qabiliyyəti;
Zərurət yarandığı halda ləngimə olmaması üçün işə operativ müdaxilə edilməsi;
Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
Punktuallıq və detallara diqqət etmə bacarığı;
Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;