Kontakt Home
Ana səhifə
/
/
/
Monetizasiya üzrə mütəxəssis

Monetizasiya üzrə mütəxəssis

  • Kontakt Home
  • 42 Süleyman Sani Axundov, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

2.7K

Təsvir

·       Brendzonaların yerləşdirilməsi və istehsalı;

·       Brendzona layihələrinin dizaynı, istehsalı və quraşdırılması, proseslərin planlaşdırılması və icrasına nəzarət edilməsi;

·       Müvafiq materialların və təhcizatçıların müəyyən edilməsi, həmçinin təchizat proseslərinin koordinasiyası;

·       Brend standartlarına uyğun olaraq brendzonaların dizayn və keyfiyyətinə nəzarət edilməsi;

·       Brendzonaların yerləşdirilməsi üçün partnyorlardan ödənişlərin alınması;

·       Brendzona yerləşdirilməsi ilə bağlı tərəfdaşlarla ilkin razılaşmaların əldə olunması və müqavilələrin hazırlanması;

·       Ödəniş şərtlərinin tərəfdaşlara düzgün izah edilməsi və ödənişlərin vaxtında daxil olmasına nəzarət edilməsi;

·       Maliyyə şöbəsi ilə əməkdaşlıq edərək hesab-fakturaların hazırlanması və göndərilməsi;

·       Brendzonaların təmiri və texniki dəstəyi;

·       Mövcud brendzonaların dövri baxışlarının təşkili və texniki problemlərin müəyyən olunması;

·       Təmir işləri ilə bağlı texniki komandalarla əlaqələndirmə və təmir prosesinə nəzarət edilməsi;

·       Partnyorlarla kommunikasiyanın qurulması;

·       Mövcud və potensial partnyorlarla mütəmadi əlaqələrin saxlanılması;

·       Brendzonaların yerləşdirilməsi, yenilənməsi və dəstəyi ilə bağlı partnyor sorğularının cavablandırılması. 


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

·       Ali təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);

·       Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;

·       Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;

·       Layihələrin planlaşdırılması və icrasına nəzarət sahəsində təcrübə;

·       Güclü analitik düşüncə və problem həll etmə bacarığı;

·       Büdcənin idarə olunması və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;

·       Hesabatların hazırlanması və nəticələrin təhlili bacarığı;

·       Tərəfdaşlarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;

·       Dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

July 3, 2026

Paylaşılıb

iyun 3, 2026

Vakansiya növü

Tam ştat

Əmək haqqı

900 - 1000 AZN

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr