Saytdan (kontakt.az) və daxili şöbələrdən daxil olan sifarişlərlə bağlı müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması, müvafiq qaydalara əsasən satışın və müraciətin tamamlanması;
Nağd və avtokredit sifarişlərinin birbaşa satışının həyata keçirilməsi və müştərilərə düzgün xidmət göstərilməsi;
Sistem üzrə satışların düzgün həyata keçirilməsi və icrasının dəqiq aparılması;
Sifariş və satış prosesi zamanı müştərinin tələbatının düzgün müəyyənləşdirilməsi və ona uyğun məhsul və xidmətin təklif edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və onlarla səmərəli, nəzakətli ünsiyyətin qurulması;
Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və müştəri məmnuniyyəti hədəflərinə çatmaq;
İlkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər haqqında müştərilərin düzgün məlumatlandırılması.
Tələblər
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
Məişət və rəqəmsal texnika məhsullarının satışında minimum 6 ay iş təcrübəsi;
Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı, müştəri ehtiyaclarını anlama və doğru məhsulu tövsiyə etmə qabiliyyəti;
Sürətli və dəqiq işləmək, çoxsaylı sifarişləri və müştəri sorğularını idarəetmə bacarığı;
Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə işləmə bacarığı;
Komanda daxilində işləmək və satış hədəflərinə fokuslanmaq qabiliyyəti.