Vəzifə haqqında
Rəqəmsal Marketinq üzrə Mütəxəssis şirkətin rəqəmsal kommunikasiya strategiyalarının hazırlanması, icrası və optimizasiyasına cavabdeh olacaq. Namizəd performans yönümlü kampaniyaların idarə edilməsi, analitik hesabatların hazırlanması və büdcə nəzarətində aktiv rol alacaq.
Əsas vəzifə öhdəlikləri
- Marketinq kommunikasiyaları üzrə bazar araşdırması və təhlilinin aparılması;
- Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və brend/məhsul kampaniyalarının icra olunması;
- Reklam kampaniyalarının effektivliyinin ölçülməsi, analizi və hesabatların hazırlanması;
- Analitik alətlərdən istifadə edərək müntəzəm performans reportlarının hazırlanması;
- Reklam büdcəsinin ilkin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Kampaniyaların təsdiq edilmiş büdcə çərçivəsində icrasına nəzarət edilməsi;
- Yeni kommunikasiya kanalları və rəqəmsal alətlərin araşdırılması və inteqrasiyası;
- Reklam şirkətləri və tərəfdaşlarla əməkdaşlıq, qiymət araşdırmalarının aparılması;
- Marketinq fəaliyyətləri üzrə təqdimat və hesabatların hazırlanması;
- Reklam kampaniyalarının planlanması, idarə olunması və koordinasiyası;
- Kampaniya prosesində yaranan texniki və strateji problemlərin operativ həll olunması.