Gündəlik olaraq iş planının hazırlanması (qəbul/çıxış həcmləri, prioritet sifarişlər, risklər) hazırlanması və komandaya ötürülməsi;
Gündəlik olaraq ərazinin monitorinq edilməsi, riskli sahələr və vəziyyət aşkar etdikdə tədbirlərin görülməsi, o cümlədən işçilərin geyim qaydasına riayət etmələrinə nəzarət edilməsi;i;
Gündəlik olaraq işçilərin davamiyyətinə, eləcə də, iş vaxtında nahar/çay, istirahət vaxtlarının balanslı şəkildə bölüşdürülməsinə nəzarət edilməsi
Gündəlik olaraq iş yükünə uyğun olaraq anbar binaları arasında resurs balansının təmin edilməsi (işçi qüvvəsi, texnika, vaxt bölgüsü)
Gündəlik olaraq plan-fakt icrasının izlənilməsi, gecikmə risklərinin vaxtında müəyyən edilib, tədbirlər görülməsi
Qapılarda yükləmə-boşaltma ardıcıllığının düzgün idarə edilməsinə nəzarət, tıxacların qarşısının alınması üçün tədbirlərin görülməsi
Maşınların qəbul/yükləmə prosesində növbəliliyi, gözləmə vaxtları və qapı intizamının nəzarətdə saxlanılması
Yükləmə-boşaltma zamanı təhlükəsizlik qaydalarına riayyət olunmasına nəzarət edilməsi; Bununla əvəz etmək olar (Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi)
Anbar daxilində bufer zonanın, keçidlərin boş saxlanılmasına nəzarət, eləcə də, müntəzəm olaraq məhsul qalıqlarının rahat sayıla bilməsi üçün səliqəli saxlancın təmin olunması
Sənəd/sistem xətalarının (yanlış SKU, yanlış lokasiya, artıq/əskik çıxış və s.) səbəbinin araşdırılması, düzəliş edilməsi üçün Əməliyyat rəhbəri ilə koordinasiyanın qurulması
Zədəli, natamam, uyğunsuz məhsullar aşkarlandıqda operativ tədbirlərin görülməsi (akt, protokol, izolyasiya, foto/video qeydiyyat və s.)
Sistem və fiziki qalıq uyğunsuzluğu hallarında ilkin araşdırma üçün tədbirlərin görülməsi; (Məncə bu əməliyyat rəhbərində qalsa daha uyğun olar)Bu bəndin yerinə əlavə etmək olar: Anbarda istifadə olunan forklift və digər yükləmə texnikasının düzgün və təhlükəsiz istifadəsinə nəzarət edilməsi
Geri qaytarmalar, müvəqqəti saxlanc və s. oxşar statuslu məhsullar üçün sahə nizamının təmin edilməsi.
İşə yeni cəlb olunan əməkdaşların təlimatlandırılması və sahə üzrə adaptasiyası işinin təşkili
Sahə əməkdaşlarının performansının izlənilməsi, geribildirim verilməsi və inkişaf yönümlü tədbirlər üçün rəhbərliyə təkliflərin hazırlanması
Gün sonunda plan/fakt, gecikmələr, uyğunsuzluqlar, açıq qalan işlər və növbəti günün planı barədə anbar rəhbərinə məruzə edilməsi.
Rəhbərliyin tələbi ilə işə aid digər tapşırıqların icrası
Tələblər
Ali təhsil (iqtisadi, idarəetmə, texniki sahələr üzrə arzu olunandır)
Anbar əməliyyatları və idarəetməsi üzrə nəzəri və praktiki biliklər;
Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
Heyətin idarə olunması üzrə nəzəri və praktiki biliklər;
Müvafiq sahə üzrə minimum 2 il, rəhbər vəzifədə 1 il iş təcrübəsi
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Sərbəst qərar qəbul etmə bacarığı;
Komandada işləmək bacarığı;
Mükəmməl kommunikasiya qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.