Kontakt Home
Ana səhifə
/
/
/
Satış Məsləhətçisi (Şamaxı filialı) /Olivia (beauty and care)

Satış Məsləhətçisi (Şamaxı filialı) /Olivia (beauty and care)

Bu gün

2

Təsvir

Sürətlə böyüyən və yüksək xidmət standartları ilə seçilən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsi komandasını genişləndirir. Biz gülərüz, daim baxımlı, özünə güvənən və zərif ünsiyyəti ilə fərqlənən əməkdaşlar axtarırıq.

 

Əgər sən…


  • Gözəllik sahəsində professionallığa doğru addımlamaq istəyirsənsə;
  • İnsanlarla diqqətli və səlis ünsiyyət qurmağı bacarırsansa;
  • Estetik düşüncəni və gözəllik haqqında bilgilərini paylaşmaqdan zövq alırsansa;
  • Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız işçisən!


Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:


  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
  • Bazarda üstün sayılan və performansa əsaslanan gəlir imkanı;
  • Növbəli iş qrafiki;
  • Şirkət daxili ödənişsiz təlimlər;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı - mentor, müavin, hətta müdir olmaq perspektivi.


Tələblər

Biz səndən nə gözləyirik:


  • Satış etmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür!


“Olivia” Beauty & Care haqqında:


“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb. 


Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!

Vakansiya haqqında

Son tarix

October 22, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri