Kontakt Home
Ana səhifə
/
/
/
Süni İntellekt üzrə kiçik mühəndis

Süni İntellekt üzrə kiçik mühəndis

Dünən

158

Təsvir

  • Qlobal trendlərin monitorinqi;
  • Biznes tələblərinin analizi;
  • Həllərin təklifi: Toplanan biznes problemlərinə uyğun gələn ən effektiv AI alətlərini və avtomatlaşdırma ssenarilərini araşdırıb, komandaya təklif etmək;
  • Alət müqayisəsi və analitika: Eyni funksiyalı AI platformalarını (video, səs, vizual) müqayisə edərək onların üstün və zəif cəhətlərini göstərən detallı analitik cədvəllər hazırlamaq.
  • Məzmun və vizual AI testləri;
  • Məlumatların mərkəzləşdirilməsi: AI çatbotlarının effektiv işləməsi üçün şirkət daxilindəki dağınıq sənədləri, excel cədvəlləri və prosedurlarının toplanmasına, təmizləyərək vahid "bilik bazası" (knowledge base) formalaşdırılmasına dəstək.
  • No-code prototip və testlər;
  • Hesabatlılıq və təqdimat;
  • Daxili təlim və adaptasiya: Tətbiq edilən yeni AI alətlərinin şirkət əməkdaşları tərəfindən mənimsənilməsi üçün istifadəçi təlimatları hazırlamaq və kiçik təlimlər (workshop) keçirmək;
  • Biznes proseslərinin xəritələnməsi.

Tələblər

  • Ali təhsil arzuolunandır;
  • İngilis dilində texniki materiallarla işləmə bacarığı (araşdırma məqsədli);
  • Model növləri barədə baza biliklər (məs.: LLM, video AI, image AI, multimodal modellər, agent sistemləri);
  • Prompt mühəndisliyi (müxtəlif tapşırıqlar üçün effektiv prompt yazma bacarığı);
  • Araşdırma və müqayisə etmə bacarığı (AI alətlərinin test edilməsi, nəticələrin ölçülməsi, müqayisə cədvəllərinin hazırlanması);
  • Avtomatlaşdırma ekosistemlərindən baza bilikləri arzuolunandır (n8n, Make, Zapier ilə iş axınlarının qurulmasına maraq);
  • Eksperiment aparmaq bacarığı (prototip hazırlanması, test nəticələrinin sənədləşdirilməsi);
  • Video, foto və vizual content yaratmağa həvəsli;
  • Vizual AI anlayışı (Midjourney, DALL·E, Leonardo, Runway, Pika kimi alətlər üzrə baza biliklər);
  • Hesabat və təqdimat etmə bacarığı (qısa analitik icmal, nəticə və tövsiyə sənədlərinin hazırlanması);
  • AI yeniliklərinin izlənməsi (model buraxılışları, benchmarklar, changeloglar, roadmap oxuma bacarığı);
  • Yaradıcı düşüncə və eksperiment ruhu;
  • Yeni texnologiyaları öyrənməyə yüksək motivasiya;
  • Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya;
  • Vaxt idarəçiliyi və paralel tapşırıqlarla işləmə bacarığı.


Müraciət zamanı aşağıdakılardan ən azı birinin göndərilməsi vacibdir:

  • Vizual kontent nümunələri;
  • İş axını / avtomatlaşdırma nümunəsi (Make, n8n, Zapier);
  • AI-la bağlı gördüyün hər hansı bir işin nümunəsi link formasında portfolio (pdf, video və.s).

Vakansiya haqqında

Son tarix

January 24, 2026

Paylaşılıb

dekabr 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə