Kontakt Home
Ana səhifə
/
/
/
Süni intellekt və avtomatlaşdırma üzrə mühəndis

Süni intellekt və avtomatlaşdırma üzrə mühəndis

Dünən

3.2K

Təsvir

  • Next.js (TypeScript) və Python/Express.js istifadə etməklə tam funksional məhsulların hazırlanması və dəstəklənməsi — paylanmış backend xidmətlərindən interaktiv istifadəçi interfeyslərinə və admin panellərinə qədər;
  • Böyük Dil Modellərinin (LLM), embedding-lərin və semantik axtarış mexanizmlərinin (RAG) backend qatında tətbiqi;
  • Vektor verilənlər bazasında indeksləmə, oxşarlıq axtarışı (similarity search) və vektor tənzimləmələrinin aparılması;
  • Tətbiqlərin, API-ların və xidmətlərin bulud platformalarında (Azure) və ya müstəqil Linux serverlərində deploy edilməsi və canlı saxlanması;
  • Performansı artırmaq məqsədilə keşləmə (Redis) və konteynerləşdirmə (Docker) alətlərindən istifadə.

Tələblər

  • Ali təhsil arzuolunandır;
  • JS ekosistemini mükəmməl bilmək; Next.js ilə SSR, API routes və mürəkkəb interaktiv interfeyslər qurmaq təcrübəsi;
  • FastAPI və ya bənzər asinxron framework-lərlə real iş təcrübəsi;
  • SQL (PostgreSQL, MySQL) və NoSQL (Cosmos DB, MongoDB, Redis); mürəkkəb sorğuların optimallaşdırılması;
  • OpenAI, Anthropic, Google modelləri ilə iş təcrübəsi;
  • Mətnlərin vektorlaşdırılması və RAG sistemlərinin qurulması üzrə real təcrübə;
  • Azure App Service və ya Linux (Ubuntu/Debian) serverlərində Nginx, PM2, systemd və environment variable idarəsi ilə xidmətlərin qurulması;
  • Tətbiqlərin local və bulud mühitində sərbəst qaldırılması;
  • Keşləmə və session/state idarəsi üzrə təcrübə;
  • Azure AI Search (və ya digər) üzərində indeksləmə, hibrid axtarış, metadata filtering və vektor tənzimləmələri təcrübəsi üstünlükdür;
  • App Services, Cosmos DB, Azure AI Search və s. ilə iş təcrübəsi və ya bu ekosistemə asan adaptasiya üstünlükdür;
  • Biznes tələblərini texniki həllərə çevirmək; məhsulu sıfırdan production-a qədər sərbəst çıxarmaq həvəsi;
  • Mikroxidmətlər arası performans darboğazlarını, asinxron xətaları və LLM xərclərini telemetriya əsasında izləyib analiz etmək bacarığı;
  • Sürətlə dəyişən web və AI texnologiyalarını araşdırıb tətbiq etmək bacarığı;
  • Texniki sənədləri (Documentation) oxuyub tətbiq edə biləcək səviyyədə İngilis dili biliyi;
  • Tapşırıq əsaslı iş rejiminə uyğunlaşma, sürətli çatdırma qabiliyyəti, müstəqil işləmə bacarığı və aydın texniki sənədləşdirmə təcrübəsi.

Vakansiya haqqında

Son tarix

August 19, 2026

Paylaşılıb

iyul 20, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

career-levels.undefined

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik