Kontakt Home
Ana səhifə
/
/
/
Tech Lead(PHP/Magento 2) l

Tech Lead(PHP/Magento 2) l

Bu gün

19

Təsvir

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.


Vəzifə öhdəlikləri:


  • Magento 2 əsasında e-commerce platformasının backend hissəsinin inkişafına rəhbərlik edilməsi;
  • Arxitektura həllərinin hazırlanması və qəbul edilməsi, sistemin genişlənə bilən və rahat dəstəklənən olmasının təmin edilməsi;
  • ERP, CRM, ödəniş və digər xarici sistemlərlə inteqrasiyalarının layihələndirilməsi və həyata keçirilməsi;
  • REST API və GraphQL-in hazırlanması və genişləndirilməsi;
  • Tətbiqin, SQL sorğularının və API-nin performansının analiz edilməsi və optimallaşdırılması;
  • Code review aparılması, komandada kod keyfiyyətinin və texniki standartların formalaşdırılması;
  • Komanda üzvlərinə texniki dəstək və mentorluq edilməsi;
  • Tapşırıqların qiymətləndirilməsi, texniki risklərin müəyyən edilməsi və komanda daxilində işin bölüşdürülməsi;
  • Mürəkkəb texniki problemlərin araşdırılması və effektiv həllərın tapılması;
  • Biznes və məhsul komandaları ilə birlikdə tələblərin müzakirə edilməsi və texniki həllərə çevrilməsi.

Tələblər

Namizədə tələblər:


  • Əsas tələblər PHP üzrə ən azı 3 il Backend təcrübəsi. PHP 8.x, Composer, PSR standartları və müasir development yanaşmalarını yaxşı bilmək;
  • Magento 2 və ya PHP framework-lərindən biri ilə iş təcrübəsi: Symfony, Laravel, Laminas (Zend). OOP, SOLID prinsipləri və əsas dizayn pattern-lərini (Design Patterns) yaxşı başa düşmək;
  • Dependency Injection, event-driven arxitektura (Events / Observers) və ORM-in iş prinsiplərini başa düşmək;
  • REST API / GraphQL hazırlanması və inteqrasiyası təcrübəsi;
  • MySQL ilə sərbəst işləmək: SQL sorğuları, JOIN, indekslər, sorğuların optimallaşdırılması;
  • EXPLAIN. Keşləmə prinsiplərini başa düşmək və Redis və ya oxşar sistemlərlə iş təcrübəsi;
  • Git və Docker-dən praktiki istifadə təcrübəsi;
  • Linux üzrə əsas bilik və bacarıqlar;
  • Mövcud kodu araşdırmaq, xətaların səbəbini tapmaq və texniki həllər təklif etmək bacarığı;
  • Azərbaycan və rus dillərini bilmək, ingilis dilini texniki sənədləri oxumaq səviyyəsində bilmək;
  • Symfony, Laravel və ya Laminas təcrübəsi olan güclü PHP developerlərin namizədliyini də nəzərdən keçiririk və Magento 2-ni öyrənməkdə dəstək oluruq;
  • Üstünlük sayılacaq Magento 2 / Adobe Commerce üzrə iş təcrübəsi;
  • Magento arxitekturasını bilmək;
  • DI, Plugins, Observers, EAV, Indexers, Cron, Cache, UI Components. Magento-da GraphQL Resolver-lərin hazırlanması və API-nin genişləndirilməsi təcrübəsi;
  • Adobe Commerce Developer sertifikatının olması. E-commerce proseslərini başa düşmək: kataloq, səbət, checkout, sifarişlər, ödənişlər, endirimlər. Digər e-commerce platformaları ilə təcrübə;
  • Shopware, WooCommerce, OpenCart, PrestaShop, Sylius. ERP, CRM və ödəniş sistemləri ilə inteqrasiya təcrübəsi;
  • RabbitMQ və ya digər message broker-lərlə iş təcrübəsi.
  • Elasticsearch / OpenSearch, ElasticSuite ilə iş təcrübəsi;
  • Varnish və Cloudflare-dən istifadə təcrübəsi. Nginx və PHP-FPM konfiqurasiyasını başa düşmək;
  • Kubernetes və CI/CD-nin iş prinsiplərini başa düşmək;
  • Yüksək yüklənmiş sistemlər və böyük verilənlər bazaları ilə iş təcrübəsi;
  • JavaScript, React, HTML, XML üzrə əsas biliklər.


Biz nə təklif edirik?


  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  •     Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  •     Dinamik və müasir iş mühiti;
  •     Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  •     Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.



Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.





Vakansiya haqqında

Son tarix

November 21, 2026

Paylaşılıb

oktyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik