Kontakt Home
Ana səhifə
/
/
/
Veb tətbiq üzrə Keyfiyyətə Nəzarət Mütəxəssisi (QA Engineer – Web)

Veb tətbiq üzrə Keyfiyyətə Nəzarət Mütəxəssisi (QA Engineer – Web)

Bu gün

75

Təsvir

  • Veb tətbiqlərin funksional, reqressiya, inteqrasiya və UI/UX testlərinin aparılması;
  • Veb səhifələrin müxtəlif brauzerlərdə və cihazlarda düzgün işləməsinin yoxlanılması (cross-browser və responsive testing);
  • Xətaların (bug-ların) aşkar edilməsi, sənədləşdirilməsi və bug-tracking sistemində (Jira və s.) idarə olunması;
  • Test-case, check-list və bug-reportların hazırlanması və mütəmadi yenilənməsi;
  • Ödəniş, çatdırılma, ERP və CRM inteqrasiyalarının düzgün işləməsinə nəzarət edilməsi;
  • Buraxılış (release) öncəsi stabilik testlərinin aparılması və keyfiyyətin təsdiq edilməsi;
  • Test nəticələri üzrə hesabatların hazırlanması və keyfiyyət proseslərinin təkmilləşdirilməsində iştirak;
  • Texniki komanda ilə (developer, PO, analitik) effektiv kommunikasiya və tələblərin dəqiqləşdirilməsi.


Tələblər

  • Veb layihələrdə QA üzrə minimum 1 il iş təcrübəsi;
  • Test metodologiyaları və proqram təminatı həyat dövrü haqqında baza bilikləri;
  • DevTools ilə işləmə bacarığı (console, network, performance);
  • Bug-tracking sistemlərindən istifadə (Jira, Trello və s.);
  • HTTP, cookies, sessions kimi klient-server prinsipləri üzrə anlayış;
  • Postman və Swagger ilə API testləri aparmaq bacarığı;
  • HTML və CSS strukturu barədə baza bilikləri;
  • Bug-reportları dəqiq və aydın şəkildə yazmaq bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq;
  • İngilis dili — texniki sənədləri oxuma səviyyəsində.


Üstünlük sayılacaq

  • SQL üzrə baza bilikləri;
  • Git üzərində çalışma təcrübəsi;
  • Selenium, Cypress və s. ilə avtomatlaşdırma üzrə anlayış və ya təcrübə.


Vakansiya haqqında

Son tarix

January 6, 2026

Paylaşılıb

noyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər