Kontakt Home
Ana səhifə
/
/
/
Satış Məsləhətçisi (Gəncə/Kosmetika və baxım)

Satış Məsləhətçisi (Gəncə/Kosmetika və baxım)

04-09-2023

2.9K

Bağlanılıb

Təsvir

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Beauty konsultant axtarırıq. Gülərüz, daim baxımlı və pozitiv enerji ilə aşıb-daşan, özgüvəni yüksək olan birisənsə, onda bizə lazım olan şəxs məhz sənsən!

 

  • Gözəllik sahəsində özünü görürsənsə;
  • İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
  • Faydalı məsləhətlər vermək və gözəllik sirrlərini aşılamağı arzulayırsansa;
  • Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız beauty konsultantsan!


Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:


  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
  • 1000 AZN-ə qədər qazanma imkanı;
  • 6 iş günü, 1 gün istirahət (növbəli iş qrafiki);
  • Şirkət daxili ödənişsiz təlimlər;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (sən mentor, müavin, müdir ola bilərsən)!

Tələblər

Biz səndən nə gözləyirik:


  • Satış etmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür!


“Olivia” Beauty & Care haqqında:


“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb. 


Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!

Vakansiya haqqında

Son tarix

sentyabr 29, 2023

Paylaşılıb

sentyabr 4, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri